Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı barədə məlumat verilib.
bakunews.az kaim.az-a istinadən xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
İclasda toplanışın məqsədləri, tərkibi, çağırışçıların ümumi sayı və ixtisasları müəyyən edilib.
Toplanışa ehtiyatda olan 318 sıravi hərbçi, o cümlədən 98 zabit cəlb olunacaq.
Ermənistan hökumətinin iclası Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilib.
bakunews.az