Sizin reklam burada 728×90
Son dəqiqə

SON DƏQİQƏ! KTMT ölkələri Ermənistanla bağlı qərar qəbul etdi

14.09.2022 03:43 623 1 dəq oxunur
SON DƏQİQƏ! KTMT ölkələri Ermənistanla bağlı qərar qəbul etdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib. Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyinin mətbuat xidmətindən bildirilib.

Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub. Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az