• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Astanada akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd edilib FOTOLAR

Dünya

17-12-2023, 17:24

Astanada “Görkəmli elm xadimi Ziya Bünyadov və onun türkologiya elminin inkişafındakı töhfələri” mövzusunda dəyirmi masa keçirilib
Qazaxıstanın Astana şəhərində yerləşən Lev Qumilyov adına Avrasiya Milli Universitetində görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Görkəmli elm xadimi Ziya Bünyadov və onun türkologiya elminin inkişafındakı töhfələri” mövzusunda dəyirmi masa keçirilib.


Konfransın açılış mərasimində çıxış edən Avrasiya Milli Universitetinin prorektoru Janna Kurmanqaliyeva tədbir iştirakçılarını salamlayıb. O, Avrasiya Milli Universitetinin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib, universitetin 1996-cı ildə təsis edildiyini diqqətə çatdırıb. J. Kurmanqaliyeva universitetdə bakalav, magistratura və doktorantura pillələri üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini deyib.

Prorektor bu il anadan olmasının 100 illiyi qeyd olunan görkəmli alim Ziya Bünyadovun apardığı fundamental tədqiqatlardan bəhs edərək, akademikin araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının dərin təhlillər əsasında dolğun əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, ilk dəfə görkəmli alimin elmi ictimaiyyətə təqdim etdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev çıxış edərək akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş bugünkü tədbirin Qazaxıstanda Müstəqillik Gününün qeyd olunması ərəfəsində baş tutmasını əlamətdar hadisə kimi qiymətləndirib.
Beynəlxalq Türk Akademiyasının Avrasiya Milli Universiteti ilə uzun müddətdir davam edən uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edən akademik Şahin Mustafayev bugünkü konfransın da müştərək keçirilən tədbirlər sırasından olduğunu qeyd edib. Bildirib ki, bu kimi birgə tədbirlər türk xalqlarının elmi inteqrasiyası, ortaq elmi və mədəni irs məsələlərinə böyük diqqət ayrıldığını əyani sübut edir.

Akademik Şahin Mustafayev həyatını elmə bağlamasında müəllimi olmuş akademik Ziya Bünyadovun böyük rolundan danışıb. Onun sözlərinə görə, çoxşaxəli fəaliyyəti ilə seçilən dünya miqyaslı alim Ziya Bünyadov Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada çalışmışdır. O, Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınmış, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanmışdır.

“Ziya Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə dair elmi monoqrafiya, məqalə, məruzə və şərhli tərcümələrində nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir”, - deyən Şahin Mustafayev bildirib ki, alimin bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, onun araşdırdığı məsələlər isə öz orijinallığı ilə fərqlənir.

Akademiya prezidenti əlavə edib ki, Ziya Bünyadov, eyni zamanda öz alim qələmi və alovlu çıxışları ilə bədxahlara qarşı daim mübarizə aparmış, milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda gedən ölüm-dirim savaşının önündə getmişdir. O, əsərlərində, erməni mənbələrinə əsaslanaraq apardığı tədqiqatlarda ermənilərin yeritdikləri çirkin siyasətin mahiyyətini aşkara çıxarmış, görkəmli alimin “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında təqdim olunan faktlar, çıxarılan elmi nəticələr erməni millətçilərinin Azərbaycana qarşı fitnəkar fikirlərini alt-üst etmişdir.

Akademik Şahin Mustafayev tanınmış mütəfəkkir Ziya Bünyadovun türk dünyası ölkələrinin alim və tədqiqatçıları ilə sıx əlaqələrindən də söz açıb, onun Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah haqqında yazdığı monoqrafiyasının Özbəkistan alimləri tərəfindən böyük rəğbət qazandığını və Ziya Bünyadovun Özbəkistanın fəxri vətəndaşı adına layiq görüldüyünü vurğulayıb.

O, alimin elmi yaradıcılığına və fəaliyyətinə ən dəqiq və tutarlı dəyərin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edərək Ümummilli Liderin “Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir” sözlərini xatırladıb. Akademik Şahin Mustafayev, həmçinin Prezident İlham Əliyevin “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını diqqətə çatdırıb.

Daha sonra Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı, prof. Darhan Kıdırali çıxış edərək dünya şöhrətli alim Ziya Bünyadovun zəngin və çoxşaxəli elmi yaradıcılığı ilə tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verdiyini vurğulayıb.
Onun sözlərinə görə, Ziya Bünyadov Sovet İmperiyasının tariximizi saxtalaşdıraraq öz ideologiyasına çevirdiyi yalanlardan təmizləmək üçün böyük işlər görmüş və yetirmələrini də bu istiqamətdə çalışmağa səfərbər etmişdir. Qeyd edib ki, Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı kimi Azərbaycan xalqı üçün həyata keçirdiyi əhəmiyyətli işlərlə yanaşı, həm də öz əsərlərində erməni saxtakarlıqlarını aşkara çıxarması ilə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının zəfəri olan İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin təməllərini atmışdır.

Darxan Kıdırali bugünkü konfransın bütün türk dünyası üzrə türkologiya elminin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

Ölkəmizin Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov əvvəlcə qazax xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Səfir bildirib ki, Sovet İttifaqı Qəhrəmanı, tarixçi alim Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparmış, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilmişdir.

"Akademik Ziya Bünyadovun elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən İslam dininin doğru-düzgün öyrənilməsinə yönəlmişdir", - deyə bildirən Ağalar Atamoğlanov qeyd edib ki, görkəmli alim akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirmiş, ona şərhlər yazmışdır.

Ağalar Atamoğlanov vurğulayıb ki, Ziya Bünyadov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər ziyalıdan biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin Ziya Bünyadovun fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyən səfir alimin Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ziya Bünyadov həmin zaman bir dəstə ziyalı ilə birlikdə dəfələrlə Naxçıvana gedərək Ulu Öndər Heydər Əliyevlə görüşmüş, alim 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransında yeni yaranan partiyanın sədr müavini seçilmişdir.

Daha sonra akademik Ziya Bünyadovun 100-cü ildönümünə həsr olunmuş “Orta Asiyadakı qədim türk yazıları” kitabının təqdimatı olub.
Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Orta Asiya Araşdırmaları İnstitutunun birgə hazırladığı bu əsərdə tanınmış türkoloqların seçmə məqalələri ilk dəfə olaraq türk dilində dərc olunub. Kitabda Ziya Bünyadovun öz əlyazması ilə tərcümeyi-halı və onun haqqında geniş məqalə də yer alıb.
Daha sonra konfrans işini Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kessikbayevin moderatorluğu ilə plenar iclasla davam etdirib.
İclasda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın Orta dövr tarixi şöbəsinin müdiri, akademik Nərgiz Axundova “Ziya Bünyadov: Azərbaycan şərqşünaslığında orta əsr türk xalqlarının ortaq tarixi üzrə tədqiqatların əsasını qoyan alim” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Azərbaycan Respublikası Prezidentinin “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək, bir çox elmi qurumlarda görkəmli alimin yubileyi ilə bağlı tədbirlərin keçirildiyini, Beynəlxalq Türk Akademiyasının da bu istiqamətdə fəaliyyəti ilə seçilən qurumlardan olduğunu diqqətə çatdırıb.

Akademik Nərgiz Axundova bugünkü tədbirin Ziya Bünyadovun türkologiya elminə verdiyi töhfələrin bütün türk dünyası tərəfindən yüksək qiymətləndirildiyinin və görkəmli alimə verilən böyük dəyərin göstəricisi olduğunu dilə gətirib.

O, akademik Ziya Bünyadovun türk xalqlarının ortaq tarixi üzrə apardığı tədqiqatlardan bəhs edərək bu istiqamətin alimin elmi yaradıcılığında mühüm yer tutduğunu diqqətə çatdırıb. Nərgiz Axundova qeyd edib ki, Ziya Bünyadov xalqımızın türk kökündən olmasını elmi sübutlarla əsaslandırmış, onun gətirdiyi elmi dəlillərin, tarixi faktların Azərbaycan xalqının təşəkkülündə türk etnosunun aparıcı rol oynamasını sübut etməsi tarixşünaslıqda mühüm hadisə hesab olunmuşdur.

Tədbirdə, həmçinin Özbəkistan Respublikası Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin baş mütəxəssisi prof. Bəxtiyar Babacanov “Xarəzmin tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında”, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin əməkdaşı prof. Samal Tüleubayeva “Ziya Bünyadov və Qafqazla Orta Asiyada milli şərq məktəblərinin yaranma tarixi”, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Zemfira Qurbanova “Akademik Ziya Bünyadovun çoxşaxəli şəxsiyyəti və əsərləri” mövzusunda məruzələrlə çıxış edib, alimlə bağlı xatirələrini bölüşüblər.








Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

13-12-2023, 05:25

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın 60 yaşı tamam olur

Cəmiyyət

20-07-2022, 19:49

Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb - SİYAHI

Cəmiyyət

23-08-2022, 18:57

Bu yollarda sıxlıq var - SİYAHI

Ölkə

16-04-2023, 01:40

Fidan Hüseynova: Sədaqətli həyat yoldaşı, qayğıkeş ana

Cəmiyyət

16-11-2023, 13:10

Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib

Cəmiyyət

19-08-2023, 01:11

IV Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunub

Cəmiyyət

16-04-2023, 01:38

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümüdür

Cəmiyyət

27-04-2023, 22:50

Aprelin 26-sı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Sabunçu Gənclər Evində tədbir keçirilib

İqtisadiyyat

11-12-2023, 22:57

“Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilib FOTO

Gündəm / Cəmiyyət

12-12-2023, 15:30

Tbilisi prospektindəki qəza sıxlığa səbəb oldu

İqtisadiyyat

19-07-2022, 18:54

Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb - SİYAHI

Cəmiyyət

29-07-2022, 21:50

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • Dünən, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Dünən, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Dünən, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Dünən, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Dünən, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Dünən, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Dünən, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Dünən, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Dünən, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • 21-09-2026, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • 21-09-2026, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • 21-09-2026, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • 21-09-2026, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • 21-09-2026, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə