Sizin reklam burada 728×90
Son dəqiqə

Moskvaya doğru uçan 4 PUA vurulub

17.03.2024 09:10 413 1 dəq oxunur
Moskvaya doğru uçan 4 PUA vurulub
Rusiyanın hava hücumundan müdafiə sistemləri paytaxt Moskva şəhəri istiqamətində uçan 4 pilotsuz uçuş aparatını (PUA – Qeyd) məhv edib.

Bakunews.az
-ın report-a istinadən məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Serqey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, iki PUA Moskva vilayətinin Domodedovo şəhər rayonunda, biri Ramenski şəhər rayonunda, digəri isə Stupinskidə vurulub.

“İlkin məlumatlara görə, dağıntıların düşdüyü yerdə tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”.

Rusiya bölgələri son günlər pilotsuz uçuş aparatı və raketlərdən istifadə etməklə kütləvi hücumlara məruz qalıb. Sonuncu dəfə martın 12-də Moskva vilayəti üzərində PUA vurulub.


Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az