Sizin reklam burada 728×90
Son dəqiqə

Kansler: ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi Rusiya ilə gərginliyə səbəb olmayacaq

13.07.2024 10:00 329 1 dəq oxunur
Kansler: ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi Rusiya ilə gərginliyə səbəb olmayacaq
Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.

Bu fikri Almaniya kansleri Olaf Şolts Yaponiyanın baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib.

Kansler qeyd edib ki, silah çəkindirici funksiyanı yerinə yetirib və əvvəldən arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulub:

“Bu, çəkindirici təsirə görə təhlükəsizliyi artırır. Həmişə bizi narahat edən şey müharibənin qarşısını almaqdır”.

O, bir daha əmin edib ki, Almaniya Ukraynaya silah tədarükünü elə təşkil edəcək ki, bu, Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olmasın.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az