Sizin reklam burada 728×90
Son dəqiqə

Makron: HƏMAS-ın girov saxladığı iki Fransa vətəndaşının azad edilməsini gözləyirik

17.01.2025 17:16 340 1 dəq oxunur
Makron: HƏMAS-ın girov saxladığı iki Fransa vətəndaşının azad edilməsini gözləyirik
İsraillə Fələstinin HƏMAS arasında əldə edilmiş razılaşmaya əsasən hərəkatın azad etməli olduğu 33 girov arasında iki Fransa vətəndaşı var.

Bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.

"Həmvətənlərimiz Ofer Kalderon və Ohad Yahalomi Qəzza üzrə razılaşmanın birinci mərhələsində azad edilməli olan 33 girovun siyahısına daxildir. Onların ailələrinə qovuşması üçün əlimizdən gələni edəcəyik", - o qeyd edib.

Qeyd edək ki, İsrail hakimiyyəti HƏMAS ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsinin planlaşdırılması barədə onların ailələrinə məlumat verib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az