Sizin reklam burada 728×90
Son dəqiqə

WSJ: Tramp andiçmənin ertəsi günü miqrantların deportasiyasına başlayacaq

18.01.2025 09:41 286 1 dəq oxunur
WSJ: Tramp andiçmənin ertəsi günü miqrantların deportasiyasına başlayacaq
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyası qanunsuz miqrantların kütləvi deportasiyası ilə bağlı seçki vədlərinin həyata keçirilməsinə yanvarın 21-də, yəni vəzifəyə başladıqdan bir gün sonra başlayacaq.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib.

Mənbələrin məlumatına görə, “miqrantlara qarşı ilk genişmiqyaslı reyd” çərşənbə axşamı səhər İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftəsonunadək davam edəcək.

Əməliyyata ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin təxminən 200 əməkdaşı qatılacaq. Qəzetin yazdığına görə, onların əsas hədəfi cinayət keçmişi olan qanunsuz miqrantlar olacaq. Çikaqodan sonra miqrantlara qarşı reydlər Nyu-York, Los-Anceles (Kaliforniya ştatı), Denver (Kolorado ştatı) və Mayami (Florida ştatı) şəhərlərində keçiriləcək.

Daha əvvəl CNN telekanalı xəbər vermişdi ki, Trampın komandası yanvarın 20-də keçiriləcək inauqurasiyadan bir neçə saat sonra açıqlanacaq “sərt immiqrasiya” qanunvericilik tədbirləri paketi üzərində işi başa çatdırır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az