Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ Prezidentinin xüsusi nümayəndəsi: Zelenski cəsur liderdir

21.02.2025 19:20 411 1 dəq oxunur
ABŞ Prezidentinin xüsusi nümayəndəsi: Zelenski cəsur liderdir
ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna rəhbərliyi ilə müzakirələri müsbət adlandırıb.

Bu barədə Kelloq “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

O, Kiyevdə Ukraynanın ali rəhbərliyi ilə uzun və dolğun gün keçirdiyini bildirib.

“Müharibə şəraitində olan ölkənin mübariz və cəsur lideri Volodimir Zelenski və onun milli təhlükəsizlik üzrə istedadlı komandası ilə geniş və müsbət müzakirələr apardıq”, - xüsusi nümayəndə qeyd edib.

Xatırladaq ki, fevralın 19-da K.Kelloqun Ukraynaya səfəri başlayıb. O, həmin gün Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski, həmçinin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb.

Fevralın 20-də K.Kelloq V.Zelenski ilə danışıqlar aparıb. Ukrayna liderinin sözlərinə görə, görüşdə cəbhədəki vəziyyət və Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az