Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya keçmiş XİN rəhbərini xarici agent siyahısına daxil etdi

11.04.2025 19:37 296 1 dəq oxunur
Rusiya keçmiş XİN rəhbərini xarici agent siyahısına daxil etdi
Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozırevi xarici agentlər siyahısına əlavə edib.

Bu barədə idarənin saytında məlumat verilib.

Nazirliyin məlumatına görə, Kozırev Rusiya hakimiyyətinin qəbul etdiyi qərarlar haqda, habelə Rusiya Silahlı Qüvvələrinin mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar yayıb.

Qeyd edək ki, o, 1990-cı il oktyabrın 11-dən 1996-cı il yanvarın 5-dək Rusiya Xarici İşlər Nazirliyinə rəhbərlik edib, eyni zamanda iki çağırış Dövlət Dumasının deputatı olub. Kozırev 2012-ci ildən Mayamidə yaşayır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az