Sizin reklam burada 728×90
Son dəqiqə

KİV: İsrail Mahmud Abbasa sanksiya tətbiq etməyi düşünür

25.09.2025 11:02 181 1 dəq oxunur
KİV: İsrail Mahmud Abbasa sanksiya tətbiq etməyi düşünür
İsrailin yüksək səviyyəli rəsmiləri Fələstin hakimiyyəti üzvlərinə sanksiya tətbiq etməyi düşünür.

Qərb ölkələrinin Fələstini dövlət kimi tanımağına cavab olaraq, belə bir addım atıla bilər.

Təklif onunan sanksiyalar Fələstin hakimiyyətinin prezidenti Mahmud Abbas və vitse-prezident Hüseyn əl-Şeyxə də şamil edilə bilər.

Sanksiyalara Fələstin rəsmilərinin İordan çayının qərb sahilində hərəkət azadlığının məhdudlaşdırılması da daxildir və onların ailələrinin xaricdən sifariş etdiyi bir sıra məhsulların gətirilməsinə qadağa qoyulması ehtimalı var.

Qeyd edək ki, Fransa, Luksemburq, Malta, Monako, Andorra və Belçika kimi ölkələr BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstini rəsmi olara dövlət kimi tanıyıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az