Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna Rusiya ilə danışıqların bərpası üçün şərtləri açıqladı

08.08.2022 21:20 1 027 1 dəq oxunur
Ukrayna Rusiya ilə danışıqların bərpası üçün şərtləri açıqladı
Ukrayna ilə Rusiya arasında danışıqların bərpası yalnız işğalçı ölkənin bir neçə mühüm taktiki məğlubiyyəti şərti ilə mümkündür. Əks halda, Rusiya danışıqlardan imtina edəcək və ya tərəfləri aldatmağa çalışacaq.

Bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

“Təəssüf ki, bu gün Rusiya ilə razılığa gəlmək mümkün deyil. Rusiya mütləq imtina edəcək və danışıqların tərəflərini aldatmağa çalışacaq. O, özünün ekspansionist imkanlarından maksimum istifadə edir və Ukrayna üçün qəbuledilməz olan status-kvonu təşviq etmək istəyir. Ona görə də başa düşmək lazımdır ki, Rusiya ilə danışıqlar prosesi yalnız bir neçə mühüm taktiki məğlubiyyətdən sonra mümkündür”, - deyə o, bildirib.\\oxu.az\

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az