Sizin reklam burada 728×90
Son dəqiqə

İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub

16.08.2022 17:45 594 1 dəq oxunur
İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib.

Bu barədə bakunews.az-ya report-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub.

İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az