Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyə Rusiya ilə çox yaxınlaşarsa... - ABŞ rəsmisi

19.08.2022 17:00 523 1 dəq oxunur
Türkiyə Rusiya ilə çox yaxınlaşarsa... - ABŞ rəsmisi
Ankara ilə Moskva arasında münasibətlər və rəsmi iqtisadi tərəfdaşlıq möhkəmlənərsə, Vaşinqton Qərb şirkətlərinə Türkiyə ilə iqtisadi əlaqələrini kəsməyi və ya azaltmağı tövsiyə edə bilər.

bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi "Politiko" qəzetinə danışıb.

"Biz Türkiyənin biznes və kapital axını üçün qlobal bir məkana çevrilməli olduğuna düşünürük. Amma Rusiya ilə daha sıx münasibətlər Türkiyənin bütün dünya ilə inteqrasiyasına risklər yarada bilər", - o bildirib.

Adının çəkilməsini istəməyən türk rəsmisi isə Ankaranın ikinci dərəcəli sanksiyalar riskinindən xəbərdar olduğu və bəzi ölkələrin, xüsusilə də ABŞ-ın həddini aşdığını deyib.

"Türk şirkətləri bundan zərər görərsə, biz əlbəttə, reaksiya verəcəyik. Bu isə onlar üçün səmərəsiz olacaq", - Türkiyə rəsmisi bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az