Sizin reklam burada 728×90
Son dəqiqə

Hakerlər xəstəxanadan 10 milyon dollar tələb edir

22.08.2022 21:15 726 1 dəq oxunur
Hakerlər xəstəxanadan 10 milyon dollar tələb edir
Fransada "Süd-Fransilyen" xəstəxana kompleksinin informasiya şəbəkəsi haker hücumuna məruz qalıb.

bakunews.az trend-ə istinadən bildirir ki, hücum bazar gününə keçən gecə qeydə alınıb. Hücum nəticəsində ötən gün ərzində xəstəxananın məlumat şəbəkəsinin işi tamamilə pozulub.

Bununla əlaqədar olaraq xəstəxanada müalicə olunan xəstələr bölgədəki digər müəssisələrə köçürülüb. Bir sıra planlaşdırılmış cərrahiyyə əməliyyatları təxirə salınıb.

Hazırda mütəxəssislər hücumun fəsadlarının aradan qaldırılmasına çalışır.

Eyni zamanda, hakerlərin sistemin işinin bərpa olunması üçün 10 milyon dollar tələb etdiyi bildirilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az