Sizin reklam burada 728×90
Son dəqiqə

Rumıniyada təyyarə qəzası: Ölənlər var

27.08.2022 20:23 984 1 dəq oxunur
Rumıniyada təyyarə qəzası: Ölənlər var
Avqustun 27-də Rumıniyanın Curcu vilayətinin Letka Noue kəndi yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması iki nəfərin ölümü ilə nəticələnib.

"Təyyarə Letka Noue aerodromundan havaya qalxıb və tezliklə bir şahid onun yaxınlıqdakı meşədə qəzaya uğradığını bildirib. Göyərtədə olan iki nəfər həlak olub", - deyə Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Ərafat bildirib.

Məlumata görə, qəza yerinə yanğınsöndürmə və tibbi xidmətlər gəlib.

Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.\\milli.az\

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az