Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

18.07.2022 08:21 577 1 dəq oxunur
ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb
ABŞ-ın Nyu-Meksiko ştatının Las-Veqas şəhəri yaxınlığında şerif departamentinə məxsus helikopter qəzaya uğrayıb.

bakunews.az abc news-a istinadən xəbər verir ki, bu barədə Bernalillo dairəsinin şerif departamenti məlumat yayıb.

Qəza nəticəsində təyyarədə olan 4 nəfər ölüb. Məlumata görə, onlardan üçü şerif idarəsinin, biri isə dairənin yanğınsöndürmə xidmətinin əməkdaşı olub.

Helikopterin yanğının söndürülməsində yanğınsöndürmə briqadalarına kömək etdikdən sonra geri döndüyü vurğulanır. Hadisə Albukerke şəhərindən şimal-şərqdə baş verib.

Ştat polisi əlavə edib ki, qəzanın səbəbi Federal Aviasiya İdarəsi və Nəqliyyatda Milli Təhlükəsizlik Şurasının araşdırmalarından sonra müəyyən ediləcək.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az