• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Moskvada əcdadlarım var, Britaniyada Boris adlı... - Boris Consondan 10 sitat

Dünya

14-07-2022, 19:20

Boris Conson iyulun 7-də xalqa müraciətində Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk etmək qərarına gəldiyini açıqladı.

bakunews.az milli.az və publika.az-a istinadən müasir dövrün ən ekssentrik siyasətçilərindən birinin müxtəlif məsələlərə dair mövqeyinin əks olunduğu 10 sitatını oxumaqla onu yaxından tanımağa dəvət edir.

Tənqid haqqında

"Aydın oldu ki, mənim tərzim nə az, nə çox Arnold Şvartseneqqerin özü tərəfindən tənqid olunub. Dostlar, bu, mənim üçün aşağı nöqtədir: mənim ritorik qabiliyyətimi yalnız birhecalı sözlərlə danışa bilən bir avstriyalı kiborq darmadağın etdi".

28 sentyabr 2008-ci ildə Birminqemdə Mühafizəkarlar Partiyasının illik konfransında çıxışı zamanı

Eynicinsli nikahlar haqqında

"Mən eynicinsli nikahların leqallaşdırılması haqqında uzun müddət düşündüm və qərara gəldim ki, mən bunun əleyhinəyəm, çünki bunun məntiqi davamı üç və daha çox kişi, qadın arasında nikahın, yaxud insanlar və heyvanlar arasındakı münasibətlərin leqallaşdırılması olacaq".

2001-ci ildə çap olunan "Dostlar, seçicilər, həmvətənlər" kitabından

COVID-19 haqqında

"Mənim vəziyyətim yaxşı olmaqdan uzaq idi və mən bilirdim ki, onların "B planı" var... Hadisələrin "Stalinin ölümü" ssenarisi üzrə inkişaf edəcəyi təqdirdə strategiya. Məni oksigen balonuna qoşdular və kifayət qədər uzun müddət litrlərlə oksigen verdilər. Mən özümdən soruşmağa başladım: bununla necə bacaracam, bundan necə çıxacam? Cəmi bir neçə gün ərzində mənim vəziyyətimin bu qədər pisləşdiyinə inanmaq çətin idi".

3 may 2020-ci ildə "The Sun"a müsahibəsindən

Çin haqqında

"Çin mədəni təsiri sıfıra bərabərdir və bunun böyümək ehtimalı yoxdur. Əslində, bütün məşhur yüksək Çin mədəniyyəti və incəsənəti sadəcə Qərb formalarının təqlididir: çinli pianoçular möhtəşəm texnikaya malikdirlər, lakin onlar Şubert və Raxmaninovu ifa edirlər. Çinli balerinalar Dyaqilyev tərəfindən işlənib hazırlanmış üslubda rəqs edirlər. Çində işləyən heç bir çinli Nobel mükafatı almayıb. Britaniyalılar dünyaya bir çox idman yarışları, o cümlədən pinq-ponq (stolüstü tennis) bəxş etsələr də Olimpiadada çinlilərin icad etdiyi bir idman növünü xatırlaya bilmirəm. Çin yazı sistemi o qədər şeytancasına mürəkkəbdir ki, onlar hətta buna uyğun klaviatura icad edə bilmirlər".

1 sentyabr 2005-ci ildə "The Telegraph"da dərc olunan köşə yazısından

Nikah haqqında

"Qadınlara ərə getmək arzusunu geri qaytarmaq lazımdır. Bu, müasir britaniyalının zəifliyi, onun öz qadınını idarə etmək və ailə başçısı olmaq istəməməsi və ya bacarmaması problemini həll etmək demək olacaq".

19 avqust 1995-ci ildə "Spectator" jurnalı üçün köşə yazısından

Skripal işi haqqında

"Bu, bir növ "Cinayət və cəza"nın başlanğıcına bənzəyir, o mənada ki, biz hamımız kimin günahkar olduğunu bilirik və yeganə məsələ onun özünün etiraf etməsi, yoxsa onun tutulmasıdır... Müasir Britaniya ilə Vladimir Putin hökuməti arasındakı fərq haqqında bilmək üçün sizə lazım olan hər şey budur: onlar "Noviçok", biz isə lazer qılınclar düzəldirik".

28 mart 2018-ci il. Rusiya diplomatlarının ölkədən çıxarılmasından sonra Londonda xarici səfirlər qarşısında çıxışı zamanı

Brexit haqqında

"Bu, məhkumun həbsxananın qapısını açıq qoyması və içəridəki insanların çöldə günəşin işıqlandırdığı torpağı görə bilməsi vəziyyətinə bənzəyir. Amma gözlənilmədən hamı çöldə onları gözləyən dəhşət haqqında mübahisə etməyə başladı. Amma əslində bu (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) əla olardı".

6 mart 2016-cı il, BBC telekanalında Endryu Marrın şousunda

Rusiya haqqında

"İcazə verin deyim ki, mən rusofiləm, həm də buna əminəm. Mənim Moskvada əcdadlarım var. Əminəm ki, mən Böyük Britaniyanın Boris adı daşıyan ilk xarici işlər naziriyəm və xahiş edirəm şübhə etməyin ki, mən bizim əlaqələrimizi yaxşılaşdırmağa nail olmaq istəyirəm".

22 dekabr 2017-ci ildə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransından

İdman haqqında

"Mən tennisə vurğunam. Mən bir dəfə Boris Bekkerə (dünyanın keçmiş birinci raketkası) zəng vurdum ki, matç oynayaq, o, "yaxşı" dedi, amma heç vaxt geri zəng etmədi. Mübahisə etməyə hazıram ki, mən onu qaçmağa məcbur edərdim".

21 mart 2005-ci ildə "The Express" nəşrinə müsahibəsindən

Aİ-nin genişlənməsi haqqında

"Napoleon, Hitler və bir çox başqaları Avropanın birləşməsi planlarını həyata keçirməyə çalışdılar, lakin hər şey faciə ilə başa çatdı. Avropa İttifaqı - bu, eyni şeyi etmək üçün daha bir cəhddir, lakin artıq digər metodlarla. Prinsipial olaraq hamıya bir problem mane olur, bu da Avropanın özünü necə təqdim etməsi barədə əsas ideyanın olmamasıdır. Hamı tərəfindən tanınacaq müstəsna səlahiyyət ola bilməz.

15 may 2016-cı il, "The Sunday Telegraph"a müsahibəsindən

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

5-09-2022, 15:59

Britaniyanın yeni baş naziri məlum oldu

Maraqlı

1-08-2022, 18:08

Consonun toyu oldu, xanımı 52 manatlıq gəlinlik geyindi

Dünya

24-08-2022, 21:25

Conson Kiyevə getdi

Dünya

7-07-2022, 13:19

Boris Conson istefa verməyə RAZI OLDU

Siyasət / Dünya

13-07-2022, 22:28

Böyük Britaniyada səkkiz namizəddən ikisi mübarizəni dayandırıb

Dünya

5-09-2022, 11:39

Bu gün Böyük Britaniyanın yeni Baş nazirinin adı elan olunacaq

Dünya

10-07-2022, 11:41

Böyük Britaniyanın baş naziri siyasətdən gedir… - O, jurnalistikaya qayıda bilər

Dünya

6-09-2022, 17:29

İsveçin baş naziri səhvən başqa Lizi təbrik etdi

Dünya

20-07-2022, 19:30

Sunak və Trass Britaniyada baş nazir postu uğrunda mübarizə aparacaq

İdman

14-07-2022, 10:14

Mixael Boris: "Qalatasaray"la matç "Qəbələ" ilə oyundan əvvəl əla sınaq oldu"

Dünya

8-09-2022, 00:32

“Bu məxluqun əlini sıxmaq olmaz” - Medvedyev siyasi lideri təhqir etdi

Dünya

3-08-2022, 12:06

İngiltərənin baş naziri postu uğrunda mübarizəyə Liz Trass liderlik edir

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
Xəbər lenti
  • Bu gün, 14:30
    Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
  • Bu gün, 14:00
    Tramp və Netanyahu arasında telefon danışığı olub
  • Bu gün, 13:00
    Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 12:30
    Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə minib
  • Bu gün, 12:00
    Premyer Liqa: Bu gün X turun daha 2 oyunu keçiriləcək
  • Bu gün, 11:00
    Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
  • Bu gün, 10:30
    Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasını rəğbətlə qarşılayıblar
  • Dünən, 18:00
    XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
  • Dünən, 17:30
    Rusiya dizel yanacağının ixracına qoyulan qadağanın müddətini uzadıb
  • Dünən, 17:00
    MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib
  • Dünən, 16:22
    Suriya Məkkə müdafiə alyansına qoşula bilər
  • Dünən, 16:02
    10 manatlıq şirkət 3 müsabiqənin qalibi oldu - "VNM İnşaat" kimindir?
  • Dünən, 15:47
    Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
  • Dünən, 15:25
    Azərbaycanda “Halloween” və ya öz "şeytanlarımız" kifayət qədər deyil? - AXI NİYƏ?
  • Dünən, 14:46
    Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
  • Dünən, 14:23
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi rəsmən KOLXOZA ÇEVRİLİB... - İTTİHAM VAR...
  • Dünən, 14:06
    Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
  • Dünən, 14:00
    Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpıb – TƏFƏRRÜAT/FOTO
  • Dünən, 13:52
    Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq
  • Dünən, 13:32
    Ali Məhkəmədə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı qərar layihəsi müzakirə olunub
  • Dünən, 13:24
    "Kimsə aldanıb sifariş verməsin..." - UYARI!
  • Dünən, 12:33
    Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
  • Dünən, 12:00
    Zəbt olunan səkilər: İctimai mülkiyyət necə “şəxsi mal”a çevrilir? - FOTOLAR
  • Dünən, 11:36
    Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
  • Dünən, 11:19
    Yasamalda parkın ərazisini "Şərur" MTK-ya kim satıb? - VİDEO
  • Dünən, 10:32
    İsveçdə Quranı yandıran belə cəzalandırıldı
  • Dünən, 10:18
    Peşə təhsilində coğrafiyaçılar “fəth yürüşündə”- Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
  • Dünən, 09:53
    Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
  • Dünən, 09:26
    EL İÇİNDƏ LEYSAN kimi TALANÇILIQ... - NƏ BAŞ VERİR?
  • Dünən, 09:01
    Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər
  • 30-10-2026, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • 30-10-2026, 18:00
    Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • 30-10-2026, 18:00
    Tramp İranla müharibənin çox tezliklə bitəcəyini açıqlayıb
  • 30-10-2026, 17:30
    Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar
  • 30-10-2026, 17:01
    ADAU-da KÜTLƏVİ İXTİSAR - ƏMR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə