Sizin reklam burada 728×90
Son dəqiqə

“Bavariya” Fələstinə dəstək olan futbolçu ilə bağlı açıqlama yaydı

20.10.2023 21:52 312 1 dəq oxunur
“Bavariya” Fələstinə dəstək olan futbolçu ilə bağlı açıqlama yaydı
Almaniyanın “Bavariya” klubu futbolçusu Nussair Mazrauini məşqlərdən kənarlaşdırmayıb.

Bu barədə Münhen təmsilçisinin saytı məlumat yayıb. Bildirilir ki, klub rəhbərliyi ilə mərakeşli futbolçu arasında söhbət aparılıb. Onun iki həftə əvvəl sosial şəbəkə hesabında İsrail - Fələstin münaqişəsi ilə bağlı paylaşımı müzakirə olunub. Oyunçu terroru pislədiyini bildirib.

“Bavariya”nın klub olaraq Almaniyanın yəhudi icmasının və İsrailin yanında olduğu bəyan edilib.
Mazrauinin məşqlərdə iştirak etməməsinə gəlincə, bu, onun Mərakeş millisinin heyətində olarkən zədələnməsi ilə əlaqələndirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az