• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Şöbə rəisinə 700 min manat vermişəm" - Müdafiə Nazirliyində yeyinti işi

Gündəm / Cəmiyyət

10-02-2024, 15:14

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 3 hərbi hissədə maliyyə xidməti rəisi vəzifəsində işləmiş Vüsal Məmmədli ifadə verib.

O bildirib ki, çalışdığı ilk hərbi hissədə ümumilikdə 657 min manat mənimsəmə faktına yol verilib: “Hərbi hissədə yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı aşkar olunan əlavə vəsaitlərin 30 faizi təftişə, 20 faizi isə maliyyələşməyə vermişəm. Yerdə qalan 50 faiz vəsait isə mənə çatıb. Digər hərbi hissələrdə də eyni qaydada çalışmışam".

Şahid deyib ki, üç hərbi hissədə ümumilikdə 1 milyon 500 min manata yaxın ziyan üzə çıxıb: "Bu pulun 600 min manatı mənə çatıb. Həmin məbləğdən 150 min manat istintaq dövründə, sonra da 70 min manat, ümumilikdə 220 min manat dövlət büdcəsinə ödəniş etmişəm. Pulun geridə qalan hissəsini də ödəyəcəm".

V.Məmmədli qeyd edib ki, hərbi hissələrə təftişə gələnlərə Maliyə və Büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov rəhbərlik edib və veriləcək məbləğləri o təyin edib.

Daha sonra şahid qismində ifadə verən Mirseyid Eyvazov bildirib ki, əvvəlcə idarədə təftişçi vəzifəsində çalışıb. O, Rafael Xələfovun rəhbərliyi ilə hərbi hissələrə təftişə getdiyini bildiririb: “Misal üçün alınan pulların 20 min manatı Rafael Xələfova, 10 min manatı isə mənə çatıb".

M.Eyvazov bildirib ki, 2020-2022-ci illərdə hərbi polisdə maliyyə xidmətinin rəisi olub: "Həmin dövr üçün aparılan maliyyə təftişləri zamanı 1 milyon 300 min manat əlavə vəsait üzə çıxıb. Biz maliyyə hesabı açırdıq. Həmin hesaba pullar köçürülürdü. Həmin vəsaitlərlə bağlı əlavə hesablarda yaradırdıq. Bu pullar bizə qalırdı. Yoxlamaya gələnlərə həmin vəsaitdən 30 faiz verirdik. Əvvəl yoxlamaya Süleyman Abbasov gəlib. Mən də pulu ona vermişəm. Daha sonra isə Sadiq Sadıqov yoxlamaya gəlib. Ona da eyni vəsait vermişik”.

Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib. O, yoxlamaların nəticələrindən razı qaldığını, yoxlama nəticəsində ona 700 min manat çatdığını bildirib.

Hazırda MN-in Təlim Tədris Mərkəzində müəllim işlədiyini deyən digər şahid Səbuhi Məmmədov qeyd edib ki, Cəmşid Naxçıvanski adına hərbi liseydə maliyyə xidmətinin rəisi olub. O bildirib ki, 2015-2020-ci illər ərzində hərbi liseydə aparılan yoxlamalar zamanı 3 milyon 450 min manat əlavə vəsait üzə çıxıb.

S. Məmmədov qeyd edib ki, hərbi liseydə 57 nəfər qeyri-müəyyən şəxsin adına kartlar açıblar, bundan sonra pullar həmin kartlara köçürülüb. O, real olmayan şəxslərin adına kartlar almalarını belə izah edib: “Biz özümüzdən 8 rəqəm yazırdıq. Həmin 8 rəqəmli kodu banka təqdim etməklə kart alırdıq. Kart sahibləri naməlum şəxslər olub, adlar bizim tərəfimizdən uydurulmuş adlar olub”.

O, daha sonra iki hərbi hissədə maliyyə xidmətinin rəisi olduğunu qeyd edib və bildirib ki, yoxlamalar zamanı hərbi hissələrdən birində 120 min, digər hərbi hissədə isə 20 min manatın mənimsənilməsi müəyyən edilib.

Şahid qeyd edib ki, işlədiyi dövrdə Rafael Xələfov ondan 10 min manat əlavə pul istəyib və həmin vəsaiti alıb: “Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim. Sonra Rafael müəllim məndən 10 min manat istədi. Bunu 700 min manat verməli olmağım ilə izah etdi. Mən də ona əlavə olaraq 10 min manat verdim”.

Şahid daha sonra qeyd edib ki, yoxlamaya gələn Sadiq Sadıqova 600 min manat verib: “Həmin pulu idarəyə çatdırmalı idi. Amma pulu idarəyə vermədiyi sonradan mənə məlum oldu. Bunu da Rövşən Əliyev yoxlamaya gələndə bildik. Məni idarəyə çağırdılar. Bu barədə məndən soruşdular. Mən də dedim ki, Sadıq Sadıqova vermişəm”.

S.Məmmədov bildirib ki, Nizami Məmmədovun bu işlərlə bağlı ona heç bir göstərişi olmayıb.

Şahidin sözlərinə görə, aşkar olunan əlavə pulun 90 faizini yoxlama və təftişə gələnlərə verib, 10 faizi isə onun özünə çatıb. O, fəaliyyətinin Maliyyə Nazirliyi tərəfindən yoxlanıldığını bildirib: “Bu yoxlama zamanı tərəfimdən dövlətə 399 min manat ziyan vurmağım üzə çıxıb. Bu ziyanın da 20 min manatını ödəmişəm”.

Proses fevralın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.(APA)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Araşdırma

15-09-2023, 16:48

Həbsdə olan general dövlətə 18 milyon ziyan vurub

Gündəm

15-09-2023, 17:49

20 milyonu Nəcməddin Sadıkova şəxsən vermişəm - Həbsdə olan sabiq idarə rəisi

Gündəm / Araşdırma

4-11-2023, 11:57

"20 MİLYONU OTAĞINDA SADIKOVA VERMİŞƏM" - Polkovnik Qurbanovun ifadəsi

Kriminal

18-10-2023, 12:11

Sabiq MTN generalının işi üzrə məhkəmə başlayıb

Cəmiyyət / Olay

6-09-2023, 20:50

Nazir Amal Teymurovun yerinə idarə rəisi təyin etdi

Kriminal

1-11-2023, 17:57

Rüşvətə görə həbs edilən hərbi komissar özünü təqsirli bilmir

Gündəm / Cəmiyyət

31-08-2023, 11:48

Kərim Vəliyev: "Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır"

Gündəm

20-07-2023, 15:13

DSX rəisinin yeni müavini kimdir? - DOSYE

Gündəm

19-09-2023, 12:57

Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə görüşüb - FOTO

Cəmiyyət / Olay

3-07-2023, 20:01

Azərbaycanda ən çox müavini olan nazirlər onlardır -SİYAHI

Gündəm / Cəmiyyət

12-01-2024, 12:45

Vəzifədən çıxarılan general Ənvər Əfəndiyev kimdir? - DOSYE

Hadisə

5-08-2022, 11:50

Baş Prokurorluq: "Tovuzda əsgərimiz qətlə yetirilib, saxlanılan var"

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Bu gün, 17:41
    Sumqayıtda Fərəcova etirazlar başladı - Təmizlik işçiləri maaşlarını ala bilmir - VİDEO
  • Bu gün, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • Bu gün, 17:16
    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mühüm posta TƏYİNAT - FOTO
  • Bu gün, 16:55
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • Bu gün, 16:25
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • Bu gün, 16:04
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Bu gün, 15:48
    Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR
  • Bu gün, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Bu gün, 15:20
    AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?
  • Bu gün, 14:54
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • Bu gün, 14:38
    Bakıdakı Alman aptekləri vergidən yayınır? – Şikayət
  • Bu gün, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Bu gün, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • Bu gün, 12:54
    “Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu
  • Bu gün, 12:28
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • Bu gün, 12:15
    Süni Mayalanma Mərkəzinin direktoru keçmiş həmkarını özünə müavin gətirdi - FOTO
  • Bu gün, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Bu gün, 11:34
    Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?
  • Bu gün, 11:14
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
  • Bu gün, 10:58
    Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
  • Bu gün, 10:36
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Bu gün, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:09
    Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO
  • Bu gün, 09:25
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Bu gün, 09:17
     Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Bu gün, 09:03
    Bakının iki rayonunda işıq kəsiləcək
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə