• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Avropanın enerji təchizatında Azərbaycan mühüm rol oynayır

Gündəm / Cəmiyyət

7-03-2024, 15:54

Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan çoxalır. Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır.Martın 1-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci toplantısı keçirildi.Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirak etdiyi toplantıda ötən ilki yığıncaqdan keçən dövr ərzində layihə üzrə görülən işlər, həmçinin qarşıda duran məsələlər, gələcək planlar ətraflı müzakirə edildi.

Toplantıda çıxış edən Cənab Prezident İlham Əliyev bundan əvvəlki toplantıdan ötən müddətdə dünyada dəyişikliyin enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığını və enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi kimi diqqət çəkdiyini bildirib. Ölkə başçısı cənab İlham Əliyev daha sonra qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib, bizim sözümüz imzamız qədər dəyərlidir. Ona görə də bizimlə əməkdaşlıq edən ölkələr, beynəlxalq təşkilatlar, transmilli şirkətlər əmin ola bilərlər ki, qarşımıza qoyduğumuz planlar, üzərimizə götürdüyümüz bütün öhdəliklər vaxtında həyata keçiriləcək. Azərbaycanın etibarlı tərəfdaş olması bizimlə əməkdaşlığı genişləndirməkdə maraqlı olan tərəflər üçün əsas amillərdən biridir. Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” kimi nüfuzlu şirkətlərin əsas investorlarımız rolunda çıxış etməsi də etibarlılığımızın bir ayrı göstəricisidir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır və bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bu baxımdan, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin ixrac olunması nəzərdə tutulur. Beləliklə, biz yaxın gələcəkdə yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağıq. Bu da o deməkdir ki, hazırda Azərbaycan yaşıl enerjiyə keçid prosesində fəal iştirak edir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir.
Prezident İlham Əliyev onu da vurğuladı ki, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Bu gün dünyada qaza ciddi tələbat var. Bizim resurslarımız və müvafiq infrastrukturumuz da bu tələbatın ödənilməsində mühüm rol oynayır. Xüsusən də son illərdə Avropada Azərbaycan qazına böyük tələbat var idi və bu tələbat bu gün də aktual olaraq qalır. Hazırda Avropanın 6 ölkəsi Azərbaycandan təbii qaz alır. Eyni zamanda əlavə bir neçə ölkə ilə də danışıqlar aparılır. Lakin qazıntı yanacağına qarşı neqativ münasibətin get-gedə ümumi hal alması da diqqət mərkəzimizdədir. Bu mənada İlham Əliyevin neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmağın vacibliyini vurğulaması əsas məqamlardan biridir. Azərbaycan Prezidenti neft və qaz ölkələrinə qarşı ayırıcı xəttlərə son qoymağa çağırdı. “Bəli, bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik”.
Azərbaycan Prezidentinin bu fikirləri həm də o baxımdan əhəmiyyətlidir ki, yaşıl enerjiyə keçid məsələlərinin müsbət həllinə ən çox töhfə verən ölkələr də məhz neft və qaz tədarük edən ölkələr olacaq. COP28-in Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi, COP29-a ev sahibliyi etmək hüququnun isə Azərbaycana verilməsi də bunun əyani təzahürüdür. Cənab Prezident də çıxışında vurğuladı ki, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olub. İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir.
Lakin əfsuslar olsun ki, keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal müxtəlif QHT-lər və media təşkilatlarının qərəzli hücumuna məruz qaldıq. Bizə hücum edənlərin yeganə arqumenti isə bu idi ki, necə ola bilər ki, qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edir. Məsələyə bu cür məhdud yanaşma onu göstərir ki, əlbəttə, ortada qərəz amili var. Onlar ənənəvi neft və qaz ölkəsi olan Azərbaycanın yaşıl enerjiyə keçidi fəal şəkildə dəstəkləməsini alqışlamaq əvəzinə, ölkəmizə qarşı informasiya savaşı aparır, əsassız hücumlar təşkil edirlər. Prezidentimiz də haqlı olaraq qeyd etdi ki, buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik.
Ölkəmizə qarşı bu hücumları sifariş edən QHT və media resurslarının əksəriyyəti ya erməni lobbisi tərəfindən maliyyələşdirilir, yada ki, o QHT-lərin rəhbər şəxsləri arasında, qərəzli yazıları yazanların arasında bilavasitə erməni əsilli şəxslər yer alır. Fransa mediası da bu məsələdə kifayət qədər aktivdir. Bir yandan rəsmi Parisin diktəsi altında işləyən, o biri yandan isə erməni lobbisinin “çirkli pul”ları ilə maliyyələşən fransız KİV-i Azərbaycanı qaralamaq üçün dəridən-qabıqdan çıxır. Lakin Azərbaycan öz yoluyla gedir, uğurlu enerji siyasətini inamla davam etdirir və bu yolda heç kim bizi yolumuzdan döndərə bilməz.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

10-02-2023, 23:52

Avropanın enerji təchizatında Azərbaycan mühüm rol oynayır

Siyasət

1-03-2024, 10:38

Prezident “Gülüstan” sarayında iclasda çıxış edir

Gündəm / Cəmiyyət

8-01-2024, 19:31

Cənub Qaz Dəhlizinin növbəti iclası nə vaxt olacaq?

İqtisadiyyat

8-06-2023, 21:08

Avropanın enerji təchizatında Azərbaycan mühüm rol oynayır - Fidan Hüseynova

İqtisadiyyat

3-02-2023, 20:53

İqtisadiyyat naziri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb

Gündəm / Siyasət

7-07-2023, 15:37

Prezident: “İlin sonunadək Aİ-yə üzv olan daha çox ölkənin Azərbaycandan təbii qaz alacağını gözləyirik”

Siyasət

17-02-2023, 22:20

Azərbaycan enerji təhlükəsizliyi baxımından strateji tərəfdaşdır

Cəmiyyət

7-03-2024, 15:02

Prezident "yaşıl enerji" ilə bağlı mühüm mesajlar verdi

İqtisadiyyat

3-02-2023, 20:23

Mikayıl Cabbarov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüşüb

Cəmiyyət

31-10-2023, 12:54

Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir

Bölgə

8-02-2023, 20:39

Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib - FOTO

Siyasət

2-09-2022, 18:31

"İlham Əliyevin beynəlxalq forumda iştirakı ölkəmizə olan böyük hörmətin nümunəsidir"

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
10-06-2026, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 12:25
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
9-06-2026, 11:06
DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər
8-06-2026, 09:55
Bakıda yük maşını piyadanı vurub
6-06-2026, 12:51
Binədə mağaza yanıb
Xəbər lenti
  • Dünən, 18:58
    Rektor Rüfət Əzizov 200 min manata avtomobil alır
  • Dünən, 18:44
    Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video
  • Dünən, 18:34
    Adil Kərimli kitabxanalaçılara qarşı "səlib yürüşü"nə başlayır - Kütləvi ixtisarlar olacaq
  • Dünən, 18:18
    Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək
  • Dünən, 18:09
    SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
  • Dünən, 17:47
    Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam
  • Dünən, 17:40
    "Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
  • Dünən, 17:14
    Bakıda və rayonlarda külək güclənəcək
  • Dünən, 17:07
    Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
  • Dünən, 16:23
    Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH
  • Dünən, 15:29
    “Bravo”da xarab kolbasa məhsulları satılır?
  • Dünən, 14:36
    Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq
  • Dünən, 14:04
    Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
  • Dünən, 13:42
    “Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?
  • Dünən, 12:56
    Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq
  • Dünən, 12:46
    “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
  • Dünən, 12:19
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • Dünən, 11:40
    UNEC bu şirkətə 44 min manat köçürür - SƏBƏB...
  • Dünən, 11:19
    Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb
  • Dünən, 11:07
    Milyonluq TENDER: Ekoloji risk yaranır? - FOTO
  • Dünən, 10:41
    Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib
  • Dünən, 10:23
    Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq - Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir...
  • Dünən, 10:04
    Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
  • Dünən, 09:54
    Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
  • Dünən, 09:34
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Dünən, 09:19
    "Qorqud Clinic"anın böyük miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
  • Dünən, 09:01
    Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq
  • 10-06-2026, 18:45
    Ərdoğan CHP-ni sərt tənqid edib
  • 10-06-2026, 18:37
    "Tovuzun zil səsli müğənnisi, kəllə-paça bişirən aşpaz, yoxsa topçu?" – İş adamından Ruhi Əliyevaya ŞOK İTTİHAMLAR!
  • 10-06-2026, 18:13
    Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
  • 10-06-2026, 18:03
    “Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
  • 10-06-2026, 17:43
    Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
  • 10-06-2026, 17:36
    Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?
  • 10-06-2026, 17:21
    Hacıqabulda açıq ərazidə yanğın başlayıb
  • 10-06-2026, 17:09
    Netanyahu Knessetə seçkilərdə namizəd olacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə