Fransa Moskvadakı terror aktından sonra terror təhlükəsi səviyyəsini ən yüksəyə qaldırıb.
Bu barədə Fransanın Baş naziri Qabriel Attal məlumat verib.
O, ictimaiyyəti ayıq-sayıq olmağa və şübhəli hər şeyi səlahiyyətlilərə məlumat verməyə çağırıb.
Fransada terror təhlükəsinin ən yüksək səviyyəyə yüksəldilməsi aşağıdakı addımları nəzərdə tutur:
- İctimai binaların və obyektlərin təhlükəsizliyinin artırılması
- İctimai nəqliyyatda və kritik infrastrukturlarda daha sərt təhlükəsizlik nəzarəti
- Təhlükəsizlik qüvvələri küçələrdə daha çox görünür
- İctimaiyyət ayıq-sayıq olmalı və hər hansı şübhəli halı səlahiyyətlilərə bildirməlidir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az