Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ səfirliyi Moskvadakı izdihamlı yerlərə getməməyə ÇAĞIRDI

08.03.2024 17:12 341 1 dəq oxunur
ABŞ səfirliyi Moskvadakı izdihamlı yerlərə getməməyə ÇAĞIRDI
ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın iki gün ərzində Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq dərc edib.

Səfirlik Rusiya paytaxtında izdihamlı yerlərə getməkdən çəkinməyə çağırıb.

"Səfirlik ekstremistlərin Moskvada izdihamlı yerləri, o cümlədən konsertləri hədəfə almaq planları barədə məlumatları araşdırır. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində izdihamlı yerlərə getməmək tövsiyə olunur", - xəbərdarlıqda deyilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az