• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan xarici siyasətinin prioritetləri - qonşularla mehriban münasibətlər və qarşılıqlı etimad - ŞƏRH

Gündəm / Siyasət

16-08-2024, 13:49

 
İkinci Qarabağ müharibəsi və onun nəticələri Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişib.

Beynəlxalq aləmdə Azərbaycanın ayrılmaz hissələri kimi tanınan, azad olunan ərazilər danışıqlar və diplomatik manevrlər üçün mərkəzə çevrilib. Öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qoruyan Azərbaycan bu gün uğurla beynəlxalq əməkdaşlığı, balanslı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Otuz illik işğala son qoymaqla ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan bu gün işğaldan azad edilən ərazilərdə uğurla bərpa-quruculuq işləri aparır. Siyasi və iqtisadi potensialını artırıb, regionda söz sahibi olan dövlətə çevrilib. Şübhəsiz ki, bu uğurlar vaxtilə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən ibarətdir.

Azərbaycanın xarici siyasət kursunun prinsipləri nədən ibarətdir? İlk növbədə qonşularla mehriban münasibətlər və balanslaşdırılmış xarici siyasət. Ölkəmiz son 20 ildə qarşıya qoyduğu məqsədlərinə doğru inamla irəliləyib və bu siyasət davam edir. Azərbaycan tarazlı xarici siyasət yeritməklə müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunun rəqabət və qarşıdurma meydanına çevrilməsinə yol verməyib, milli mənafelərini yetərincə qoruya bilib. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq arenada ölkəmizin strategiyasına toxunaraq müstəqil siyasət yürüdülməsinin davam edəcəyini qeyd edib.

Bu gün Azərbaycan əksər beynəlxalq təşkilatlarda fəaliyyətini uğurla davam etdirir. Məsələn, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyi buna bariz nümunədir. Bu sədrlik quruma yeni ölçü və dinamika verib, Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. COVID pandemiyası məsələsi ilə bağlı 80-dən çox ölkəyə yardım edib. Maraqlıdır ki, hərəkatda təmsil olunan 120 ölkə bir-biriləri arasında yaxşı münasibətdə olmasalar da, Azərbaycana gəldikdə onların hamısı yekdilliklə onu dəstəkləyiblər. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bu gün Azərbaycan Qərb ölkələri, təşkilatları ilə sıx münasibətlər qurub və bu tərəfdaşlıq qarşılıqlı hörmət və əməkdaşlığa söykənir.

Azərbaycan xarici siyasətinin prioritetləri - qonşularla mehriban münasibətlər və qarşılıqlı etimad - ŞƏRH

Yeri gəlmişkən, uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün qonşuları ilə mehriban münasibətlərə malikdir. Ermənistan xaric bütün qonşu dövlətlərlə münasibətlər az qala strateji səviyyəyə yüksəlib.

Məsələn, şimal qonşumuz Rusiya ilə əlaqələr hazırda bütün sahələr üzrə sürətlə inkişaf edir. Bu inkişafda Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi xüsusilə qeyd edilməlidir. İkitərəfli əlaqələrdə hərtərəfli münasibətlər mühüm yer tutur. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətləri daha da yaxşılaşdırıb. Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə sürətli inkişafdadır. Prezident İlham Əliyev bu ilin aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə qeyd edib ki, “tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Bunlarla yanaşı, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. Bu, mühüm əhəmiyyət kəsb edir.

Cənub qonşumuz İrana gəldikdə, bu ölkə ilə əvvəllər müəyyən problemlər olsa da, son illər ikitərəfli münasibətlərdə müsbət irəliləyişlər əldə edilib. Bəlli olduğu kimi, İranda iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş səhiyyə naziri, əslən azərbaycanlı olan Məsud Pezeşkian prezident seçildi. İran Azərbaycanla yaxın qonşu, eyni zamanda tarixi bağları olan ölkədir. İki dövlət arasında xeyli müddət davam edən gərginlik də nəzərə alınsa, Bakı-Tehran münasibətlərinin necə inkişaf edəcəyi əlbəttə ki, maraq doğurur.

Əslində Azərbaycan hər zaman İranla münasibətlərin yüksək səviyyədə olmasına önəm verib. Qonşu dövlət kimi Tehranla xoşməramlı münasibətlərdə maraqlıdır. Qeyd etdiyimiz gərginlik də məhz İranın düzgün hesablanmamış siyasətinin nəticəsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana iyulun 6-da ünvanladığı təbrik məktubunda, iyulun 9-da isə telefon zəngi zamanı Bakının iki ölkə arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edib. İranla Azərbaycan arasında gərginliyin artıq geridə qaldığını və iki ölkənin münasibətlərində yeni mərhələnin başlandığını demək mümkündür. Əslində bu ilin mayında Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və mərhum Prezident Seyid İbrahim Rəisinin görüşü münasibətlərin bərpası, yeni mərhələnin başlanmasında mühüm addım oldu.

İlham Əliyev

O ki qaldı digər qonşumuz Gürcüstanla münasibətlərə iki ölkənin taleyi bir-biri ilə sıx bağlıdır. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İrakli Kobaxidzenin Baş nazir kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək. Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb.

Bundan əlavə, Azərbaycan tək qonşularla və region dövlətləri ilə deyil, Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, ŞƏT və əksər təşkilatlar və dövlətlərlə münasibətlər qurur. Bu gün də əminliklə deyə bilərik ki, bu siyasət öz bəhrəsini verir. Təkbaşına hər hansı kənar müdaxilə olmadan torpaqlarını azad etməyə müvəffəq oldu və bunu əksər beynəlxalq güclər də qəbul edir. Ümid edək ki, Cənubi Qafqazda sülhə hazırda əngəl olan Ermənistan da bunu qəbul edəcək, beynəlxalq güclərin əlində alət olmağa son qoyaraq regionda sülh və əmin-amanlığa çalışacaq.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

19-10-2023, 12:10

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub” - ŞƏRH FOTO

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Cəmiyyət

29-08-2023, 11:26

Həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı

Gündəm / Siyasət

18-10-2023, 16:59

Peşəkar siyasətçi, böyük lider, qalib sərkərdə - ŞƏRH

Siyasət

15-03-2024, 17:59

Azərbaycan-Qazaxıstan münasibətləri möhkəm tarixi köklərə əsaslanır

Ölkə

2-12-2023, 10:07

Möhkəm bünövrə

Gündəm / Dünya

13-12-2023, 22:37

Səfirlər Moskvada görüş keçirdi

Cəmiyyət

15-03-2024, 18:56

Azərbaycan- Qazaxıstan münasibətləri möhkəm tarixi köklərə əsaslanır

Cəmiyyət

17-10-2023, 23:56

Ümummilli lider Heydər Əliyev Pakistanla-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə verib

Siyasət

19-10-2023, 12:14

Prezident: “Quruculuq işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq nümunəsinə çevrilir”

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

Gündəm / Siyasət

18-07-2024, 16:54

Azərbaycan-Britaniya münasibətləri strateji tərəfdaşlığa əsaslanır - ŞƏRH

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • Bu gün, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • Bu gün, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Bu gün, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Bu gün, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • Bu gün, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Bu gün, 15:01
    Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
  • Bu gün, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Bu gün, 13:30
    Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
  • Bu gün, 13:15
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Bu gün, 13:02
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Bu gün, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Bu gün, 12:47
    Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
  • Bu gün, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • Bu gün, 12:07
    MM sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını ilk oxunuşda qəbul edib
  • Bu gün, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Bu gün, 11:36
    Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub
  • Bu gün, 11:23
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Bu gün, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • Bu gün, 10:54
    Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
  • Bu gün, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • Bu gün, 10:04
    Tramp: Zelenskinin pərəstişkarı deyiləm
  • Bu gün, 09:54
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • Bu gün, 09:32
    Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
  • Bu gün, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • Bu gün, 09:13
    Mətbuat Şurasının IX qurultayı keçirilir
  • Dünən, 19:00
    Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
  • Dünən, 19:00
    Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
  • Dünən, 18:36
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • Dünən, 18:08
    Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
  • Dünən, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • Dünən, 17:33
    Zelenski Aİ Şurasının iclasında iştirak etmək üçün Brüsselə gəlib
  • Dünən, 17:24
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Dünən, 16:29
    İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə