Sizin reklam burada 728×90
Son dəqiqə

FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı - Foto

20.08.2024 11:48 518 1 dəq oxunur
FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı - Foto
FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı - Foto

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Ramik Əhmədov hadisədən bir müddət əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(Qafqazinfo)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az