• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları: maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Gündəm / Cəmiyyət

9-10-2024, 08:35

Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “ŞaurmaN1” işinin yeni detalları üzə çıxıb. Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir.

Məsələ burasındadır ki, “ŞaurmaN1” Bakı şəhərində Nizami 81 ünvanında Natiq Sadıqovun rəhbərliyi altında ilkin fəaliyyətə başlayıb. Atası Eldəniz Sadıqovun keçmişdə pivəxana kimi işlətdiyi məkanın profilini dəyişən N.Sadıqov bu işdə özünü doğrultmur. Bir tərəfdən də o zamanlar N.Sadıqovun atasının Türkiyədəki müalicəsinə böyük pullar sərf etməsi Natiq Sadıqovu və biznesini tam iflas həddinə çatdırır. Bu müddətdə həm atasının müalicəsi, həm də digər xərcləri üçün yaxın münasibətdə olduğu Aqil Babayevə pul üçün müraciət edən N.Sadıqovun Aqilə 800 min manata yaxın borcu yaranır. 2010-cu ildə N.Sadıqov Nizami 81 ünvanındakı obyekti sataraq borclarını ödəmək fikrinə düşür.

Bu vaxt Aqil Babayev bir dost kimi ona borca görə narahat olmadığını, obyekti işlətməsini məsləhət görür, hətta “ŞaurmaN1” şəbəkəsini böyütmək üçün ona maddi dəstək göstərəcəyini bildirir. N.Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır. Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edir (bu toplantı haqqında növbəti yazımızda geniş məlumat verəcəyik). Aqil Babayev Natiq Sadıqovun həyat tərzində olan bəzi yanlışlıqları, səhvlərini görərək həm şərik, həm də böyük qardaş kimi ona məsləhət verib və danlayır. Bildirib ki, belə işlərdən əl çəkməsə qurduğu biznesə maneə yarana bilər. Onu həm də ətrafında puluna göz dikən, adını dost qoyan şəxslərdən uzaqlaşdırmaq istəyirdi. Görünür, bu, Natiq Sadıqova xoş gəlmir və Natiq Sadıqov və Aqil Babayev arasında münasibətlər 2018-ci ildən daha da kəskinləşməyə başlayır. Onlar arasında son telefon mesajlaşmasında isə N.Sadılqov A.Babayevə səhvlərini etiraf edib yalvararaq bağışlanmasını xahiş edir. İyun ayının 6-da olan bu yalvarışıdan iki gün sonra isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evində 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlakları ələ keçirilmişdir. Onların qanunsuz hərəkətlərinə göz yumulması, araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyini bir qədər də artırmış, artıq onlar Aqil Babayevi 150 000 manat müqabilində öldürülməsi barədə planlar qurulmuş və bununla bağlı da müvafiq sübutlar hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Ən maraqlı məqam ondan ibarətdir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra müəyyən şəxslər Bakı şəhəri, ”Ağ şəhər” adlanan ərazidə yığışaraq Aqil Babayevin öldürülməsi barədə qərar qəbul etmişlər. Burada bütün məqsəd Aqil Babayevin 9 000 000 (doqquz milyon) manat pulunu, bahalı avtomobillərini, bağ evlərini, qızıllarını və digər əmlaklarının qaytarılmasının qarşısının alınmasıdır.

Buna qədər də N.Sadıqovun Aqil Babayevə qarşı xain planları olub. Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) ŞAURMA №1 nömrəli əmtəə nişanına hüququnun təsbit edilmiş həmin sertifikat verilmişdir. Söhbətin dövlət qurumu tərəfindən təsdiq edilmiş rəsmi sənəddən getdiyini nəzərə alsaq, Məhərrəmovun şəxsi razılığı olmadan kiminsə bu sənədə dəyişiklik edə biləcəyini heç ağlına belə gətirməyib. Əmtəə nişanı hüququ Natiq Sadıqovun xalasıoğlu Teymur İmaməliyevin adına qeydiyyatdan keçib.Eyni zamanda, həm buraxılış tarixi, həm də reyestr nömrəsi C.Məhərrəmovun hüquqları ilə eyni idi. Belə çıxır ki, eyni sənəd eyni vaxtda iki müxtəlif hüquqi şəxsə verilib. Amma bu baş verə bilməz, elə deyilmi? Sonra mən bu hekayənin dolaşıqlığını açmağa başladım və nəticədə İmamverdiyevin başqasının əmtəə nişanının mənimsənilməsi ilə bağlı sövdələşməsinə nail olan fırıldaqçılıq və saxtakarlığın mürəkkəb texnologiyasını üzə çıxardım. Sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzasını saxtalaşdırıb.

Bundan sonra o, Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahiblik barədə saxta sənəd alıb. Daha sonra İmamverdiyev özünə yaxını Səbuhi Əliyevi şərik tapır və ona yenidən mülkiyyət şəhadətnaməsi verib. Lakin artıq bu dəfə gözlənildiyi kimi, notarius vasitəsilə. Və bir müddət sonra Səbuhi Əliyev də notarius vasitəsilə həmin sənədi İmaməliyevin özünə yenidən rəsmiləşdirib. Saxta sənədi “yuyaraq” və bununla da əqli mülkiyyətin “qanuni” sahibinə çevrilən, özünü toxunulmaz hiss edən Teymur İmaməliyev bir şeyi nəzərə almayıb ki, pullardan fərqli olaraq, rəsmi sənədlərin “yuyuluması” daha çətindir.

Bundan əlavə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Madriddə (İspaniya) yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli ŞAURMA №1 nömrəli əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib. Həmçinin bu hüququn 2023-cü ilin oktyabr ayının sonuna qədər Belarus, Çin, İran, Qazaxıstan, Ukrayna və Rusiya ərazisində də tanındığı təsdiqlənib. Bu sənədlərin məzmunu heç bir şübhə yeri qoymur ki, “təşəbbüskar” Teymur İmaməliyev nəinki mənimsənilmiş əqli mülkiyyət hüququnu itirəcək, həm də ola bilsin, sənəd uydurmaq və dövlət zəmanəti altında olan əmlakın mənimsəməsinə görə bir neçə ilə qədər azadlığınından məhrum olacaq. (Cumhuriyyet)











Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

27-12-2022, 20:57

Sabiq baş nazirinin polkovnik oğlu işdən niyə çıxarıldı? - Komitə təsdiqlədi, biznes və pozuntular...

Cəmiyyət

2-08-2022, 18:40

"12-ci imam"ın cinayət işi: Aqil Babayev 2.5 milyon manatı necə ələ keçirib?

Cəmiyyət

12-09-2022, 09:17

Hüquq-müdafiə təşkilatları jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sdıqovun əsassız həbsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb

Hadisə / Bölgə

10-08-2022, 17:04

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Kriminal

27-11-2023, 21:44

Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın “həyat yoldaşı”nın ittihamı ağırlaşdırılıb

Cəmiyyət

20-08-2024, 14:32

Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır

Cəmiyyət

26-07-2023, 13:27

Ölümlə nəticələnən qəza törədən polkovnik işdən çıxarıldı - YENİ TƏYİNAT

Cəmiyyət / Sosial

14-06-2023, 10:47

Bəxtiyar Sadıqovun DAVASI - "Pulumu verin!" - Baş redaktor BİTDİ

Gündəm / Cəmiyyət

10-09-2024, 20:01

Nəcməddin Sadıqovun qaynı ilə İsfəndiyar Axundovdan maddi ziyan tələb edir - TƏFƏRRÜAT

Cəmiyyət

2-08-2022, 12:50

Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb

Cəmiyyət

23-08-2022, 20:33

"Özünü İmam Mehdi kimi təqdim edən şəxsə 585 300 manat verdim"

Cəmiyyət

30-03-2023, 21:51

Kirayədə qalan şəxs: “Aqil Babayevə 8 il ərzində 14 min 400 manat zəkat vermişəm”

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • Dünən, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • Dünən, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • Dünən, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • Dünən, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dünən, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • Dünən, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • Dünən, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • Dünən, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • Dünən, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • Dünən, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • Dünən, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • Dünən, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dünən, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • Dünən, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • Dünən, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • Dünən, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • Dünən, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • Dünən, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • Dünən, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • Dünən, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • Dünən, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • Dünən, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • 2-10-2026, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • 2-10-2026, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • 2-10-2026, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • 2-10-2026, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • 2-10-2026, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • 2-10-2026, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • 2-10-2026, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • 2-10-2026, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • 2-10-2026, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • 2-10-2026, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • 2-10-2026, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə