• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...

Gündəm / Cəmiyyət

27-11-2024, 13:59

“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...

Novruz Həsənovun rəhbərlik etdiyi “Capital City” tikinti şirkəti paytaxtın Nəsimi rayonundakı Mərdanov qardaşları və Abbas Səhhət küçələrinin kəsişməsində yaşayan sakinlərin də sakit həyat tərzini pozmaqdan çəkinmir. "Pilot layihə" adı altında, hətta sakinlər yatarkən, heç bir xəbərdarlıq olmadan başlarına uçurdulub, məhv edilən evləri və xırda obyektləri artıq su altındadır. Belə çıxır ki, şirkət dağıntıda israrlıdır və rəhbərinin dünya vecinə deyil. "Təzadlar"a edilən şikayətdən sonra dağıntı baş verən yerə baş çəkən əməkdaşımız deyilənlərin şahidi olub və sakinlər deyiblər ki, paytaxtın bu ərazisində adıçəkilən tikinti şirkəti xeyli müddətdir mülk sahiblərinin sakitliklərini pozmaqda davam edir. Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, evləri məhv etməkdə israrlıdır. Onların təbirincə desək, artıq, “Capital City” “hücum səmtini dəyişib, bu istiqamətdə qələbəyə doğru gedir”. Əvvəlki qanunsuzluqlar barədə əlaqədar dövlət qurumlarının hamısı xəbərdar edilsə də, indiyədək dərdlərinə əlac edən tapılmayıb.

“Şübhəsiz, eyni aqibəti biz də yaşayacağıq. Məcburiyyətdən, ölkə rəhbərliyinə – Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, bizə qarşı edilən bu qanunsuzluqların qarşısının alınmasını xahiş edəcəyik. Başqa əlacımız qalmayıb“, — narazı sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, müraciətlərində onu da qeyd edəcəklər ki, nizamnamə kapitalı çox aşağı məbləğdə olan, MMC kimi tanınan bu tikinti şirkətinin bu layihəyədək həyata keçirdiyi bütün tikinti işləri səs-küylü olub. Etdikləri özbaşınalıqlara görə, rəhbər kreslosunda oturanlar “dəmir barmaqlıqlar” arxasına da düşüb: “Əmin deyilik ki, MMC başladığı layihəni icra edib, uğurla sona çatdıra biləcək. Çünki bu ətrafda yüzlərlə sakin var, belə bir şirkətin edə biləcəyi iş deyil ki, hamı evlə, kompensasiya ilə təmin edilə bilsin. Habelə, bu, dövlətin uğurlu pilot layihəsi olmadığı üçün, biz işin yekunlaşdırıla bilməsinə inanmırıq. Həm də, bu ərazi çox böyükdür və gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər.

Üstəlik, bu MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə, tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilələri yoxdur. Şirkət, sadəcə, BŞİH-dən bu ətrafdakı ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ölkə mətbuatının da əvvəllər yazdığı kimi, ən pisi odur ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, sanki şirkətin “vəkili” rolunda çıxış edirlər.
Həmin yazılarda da deyildiyi kimi, bu MMC sakinlərdə xof yaratmaq üçün, ərazidəki bir-neçə mülk sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə, həmin evlərin qapı-pəncərələrini, divarlarını söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları evlərə heyvan iç-çalatları ataraq, süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışıblar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər uzun müddət narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilməmişik.

Faktiki olaraq, zorakı şəkildə – bizim razılığımız alınmadan, bu yerin taleyinin də sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə mülklərimizin söküntüsü davam etdirilib”.

Mövzuya qayıdılacaq.

Şirkət rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.

"Təzadlar"
Facebook-da paylaş

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

27-11-2024, 11:06

“Capital City” tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir” – Mərdanov qardaşları və Abbas Səhhət küçələrində narazılıq pik həddə

Sosial

17-11-2023, 13:47

“Karayev City” MTK-NIN MƏHKƏMƏSİ BAŞLADI

Cəmiyyət

14-05-2024, 10:14

Keçmiş deputatın şirkəti YAŞILLIĞA QƏNİM KƏSİLİB... - ÖZBAŞINALIQ!

Gündəm / Cəmiyyət

30-10-2024, 08:36

“Papanin” sakinləri həyəcan təbili çalır: Evləri başlarına uça bilər

Cəmiyyət

13-09-2024, 15:55

Bakıda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu

Cəmiyyət

25-10-2024, 19:08

Tikinti şirkəti sakini zorla evindən çıxarmaq istəyir?

Cəmiyyət / Sosial

18-10-2023, 10:43

Sabiq oliqarx-deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur

Gündəm / Cəmiyyət

9-08-2024, 09:12

Aslan Quliyev özünü ƏSL ASLAN ZƏNN EDİR... - Sakinlərin başına DAŞ YAĞDIRIR

Gündəm / Cəmiyyət

27-07-2024, 11:20

Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? - Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib

Gündəm

19-07-2023, 09:23

BU `MAHAL` KİMİNDİR BELƏ?..

Cəmiyyət

12-10-2024, 09:46

Qalmaqallı tikinti şirkəti işçilərin həyatını belə təhlükəyə atır-VİDEO

Cəmiyyət / Video

8-11-2024, 12:40

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir – Nəsimi rayonunda qalmaqal

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 12:29
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • Bu gün, 12:19
    Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
  • Bu gün, 11:56
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Bu gün, 11:39
    Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
  • Bu gün, 11:31
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Bu gün, 11:16
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Bu gün, 11:05
    Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
  • Bu gün, 10:29
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • Bu gün, 10:13
    Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
  • Bu gün, 09:46
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • Bu gün, 09:30
    “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
  • Bu gün, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • Dünən, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • Dünən, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • Dünən, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
  • Dünən, 15:00
    Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
  • Dünən, 14:30
    Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
  • Dünən, 14:00
    ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib
  • Dünən, 14:00
    Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
  • Dünən, 13:00
    Pezeşkian: ABŞ İranın da Venesuela kimi süqut edəcəyini düşünürdü
  • Dünən, 12:30
    Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
  • Dünən, 12:00
    Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar
  • Dünən, 11:00
    ABŞ-nin Kanadaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib
  • Dünən, 10:30
    Premyer Liqa: "Turan Tovuz" "Şamaxı"nı, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • Dünən, 10:00
    Tailandda yaraqlılar 30-dan çox obyektə hücum ediblər
  • 22-08-2026, 19:00
    İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq
  • 22-08-2026, 18:30
    Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"
  • 22-08-2026, 18:00
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • 22-08-2026, 17:30
    Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
  • 22-08-2026, 17:00
    Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub
  • 22-08-2026, 16:40
    “Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
  • 22-08-2026, 16:25
    Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"
  • 22-08-2026, 16:09
    Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
  • 22-08-2026, 15:40
    Türkiyədə helikopter qəzaya uğrayıb
  • 22-08-2026, 15:22
    Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə