Sizin reklam burada 728×90
Son dəqiqə

Bu məlumatlar EHİS-dən əldə ediləcək

28.01.2025 18:25 364 1 dəq oxunur
Bu məlumatlar EHİS-dən əldə ediləcək
Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq. Eyni zamanda Prezident İlham Əliyevin təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə edilən yeni maddəyə əsasən, Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.

Həmçinin, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” qanuna əlavə ediləm yeni maddəyə görə, müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az