Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır - VİDEO

05.08.2022 05:03 682 1 dəq oxunur
Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır - VİDEO
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan bayrağı yenidən yerinə bərkidilib.

“Report” xəbər verir ki, hazırda Azərbaycanın Londondakı səfirliyinin önündə yenidən üçrəngli dövlət bayrağımız dalğalanır.

Qeyd edək ki, bir müddət öncə diplomatik nümayəndəliyimiz radikal dini qruplaşma üzvlərinin hücumuna məruz qalıb. Qanunu pozan 8 nəfər London polisi tərəfindən saxlanılıb. Belə ki, səfirliyə hücum edənlər “The Mahdi Servants Union” adlı radikal dini qruplaşmanın üzvləridir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az