• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ginekoloq -cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

Gündəm / Səhiyyə

4-07-2022, 12:58

1920-ci ildən, 1991-ci ilə qədər Azərbaycan rəsmi Moskvanın tabeçiliyində olan 15 dövlətdən biri olaraq, Sovet Sosialist Respublikasının tərkibində idi.

Təbii ki, o illər bizim üçün heç də başucalıq gətirən xoş xatirələr deyil. Amma, bəzi qaydalar - qanunlar var idi ki, hazırkı Azərbaycan üçün də o qayda-qanunlar lazımdır.

Məsələn, böyüklərimiz deyir o dövrdə hər "müğənniyəm" deyən efirə çıxa bilməzdi. Hər ürəyi istəyən haqqında qəzetdə müsahibə, yaxud məlumat yayımlanmazdı. Qəzetin, televiziyanın - ümumiyyətlə mətbuatın öz qaydaları var idi. "Dəfələrlə ələnirdi və nəhayətində ələkdən keçənlər" efirə çıxırdı, ictimaiyyətə təqdim edilirdi.

Çox təəssüflər olsun ki, indi bu proseslər artıq mövcud deyil. Ürəyi istəyən pulunu verib, efirə çıxır. Biraz artıq pul verəndə də reklam xatirinə 5-10 nəfər də toplayıb, pul verəni təriflətdirirlər, camaatın gözünü boyayırlar, vəssalam...

Mənim saf, sadəlövh xalqım da televiziyada gördükləri hamını əlçatmaz hesab etdikləri kimi, həm də az qala "müqəddəs" hesab edirlər və reklamına aldanırlar.

Məsələn, sponsoru olduğu bəzi verilişlərin aparıcısının dilindən düşməyən ginekoloq - cərrah Elnurə Mustafayeva kimi.

Elnurə Mustafayevanın adını çəkmədən öncə, bəzi aparıcılar onun təqdimatına "sonsuzluğa son" ifadəsi ilə giriş verirlər. Elə bu reklam məqsədli cümlələrin "səmimiyyət"inə inan sadəlövh xalqın, saf nümayəndələrindən biri də Cəlilabad rayon sakini Aynur Abışovadır (ad, soyad şərtidir).

"DogruXeber.az" redaksiyasına müraciət edən Aynur xanım bildirir ki, mart ayının 28-də sonsuzluq problemi ilə bağlı "Baku Medical Plaza" ilə telefon əlaqəsi saxlayıb, bu problemini deyib. Telefonda ona süni mayalanma təklif olunub, 3700 (üç min yeddi yüz) AZN ödəniş ediləcəyi deyilib. Razılıq aldıqdan sonra "Baku Medical Plaza"ya dəvət edilib.

Ertəsi gün sözügedən klinikaya gedən Aynur xanım bütün müayinələrdən keçdikdən sonra, ondan müayinə üçün 600 (altı yüz) AZN tələb olunub. Xanım həmin tələb olunan məbləği ödəyib. Lakin, bunun üçün ona ödəniş qəbzi təqdim edilməyib.
Sonra xanıma bildirilib ki, "aprelin 4-də əməliyyat olunacaqsınız".

Deyilən vaxtda Aynur xanım Abışova namı məşhur Elnurə Mustafayeva tərəfindən əməliyyat olunub.

Əməliyyatdan sonra klinikada Aynur xanımın yaxınlarından 2700 (iki min yeddi yüz) AZN alınıb, qəbz əvəzinə isə adının qarşısında 2528 (iki min beş yüz iyirmi səkkiz) AZN yazılmış sadə bir A4 vərəq təqdim edilib.

Ardından, əlavə olaraq yenə 2000 (iki min) AZN tələb olunub və yenə də qəbz əvəzinə adının qarşısında bu dəfə verilən məbləğin miqdarı düzgün yazılmış A4 vərəq təqdim edilib.

Qeyd: Vətəndaş iddia edir ki, "klinikada məndən ümumilikdə 6300 (altı min üç yüz) AZN pul alınıb. Lakin, qəbz əvəzinə yalnız o iki A4 vərəq təqdim edilib.

Vəssalam.

Əməliyyatdan cəmi 15 dəqiqə sonra isə Elnurə Mustafayeva xəstəni evə yazıb ki, klinikada saxlamaq üçün boş yer yoxdur. Artıq, inandığı həkimindən də rayona - öz evinə qayıda biləcəyini eşidən Aynur xanım yaxınları ilə birlikdə Cəlilabad rayonuna yollanıb. Lakin, rayona çatanda xanımın halı pisləşib və dərhal yaxın olduğu üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mərkəzi Xəstəxananın həkimləri süni mayalanmadan anlayışsız olduqları üçün nə edəcəklərini bilməyiblər və Elnurə Mustafayevaya zəng ediblər. 2 saat sonra telefona cavab verən Elnurə Mustafayeva Aynur Abışovanın xəstəxanada yatırılmalı və onun təlimatlarına uyğun müalicəsi aparılmalı olduğunu bildirib.

Bir müddət Mərkəzi rayon xəstəxanasında müalicə aldıqdan sonra xəstəxana həkimləri yenidən Elnurə Mustafayeva ilə telefon əlaqəsi saxlayıb, Aynur xanımın səhhətindəki dəyişiklik barəsində məlumat veriblər. Elnurə Mustafayeva pasientin təcili Bakıya gəlməsini istəyib.

Mərkəzi xəstəxanada dediyinə görə 1000 (min) AZN də əlavə xərci çıxan Aynur xanım yaxınları tərəfindən Bakıya gətirilib. Xəstəxananın yaxınlığında yolda yaranmış tıxac səbəbilə xəstəxanaya 4 dəqiqə gecikən xəstəsini gözləməyən Elnurə Mustafayeva günorta saatlarında işdən çıxıb.

Yenidən kor-peşiman Cəlilabad rayon Mərkəzi Xəstəxanasına qaytarılan Aynur Abışovanın halı daha da pisləşib, qanaxma yaranıb və uşaq tələf olub.

O gündən sonra Elnurə Mustafayeva nə onu qəbul edir, nə də telefonlarına cavab verir.

Aynur Abışovanın psixologiyası pozulub və artıq dəli olmaq həddinə çatıb. El arasında o vəziyyəti "havalanıb" deyə ifadə edirlər.

P.S: Redaksiyamıza müraciət daxil olduqdan sonra "DogruXeber.az" informasiya portalının rəhbəri olaraq, mən Kamal Əsgərov məsələni yerində araşdırmaq və baş verənləri obyektiv olaraq, bir də qarşı tərəfdən dinləmək məqsədilə şəxsən özüm "Baku Medical Plaza"nın Mərkəzi filialına getdim. Qapıdan içəri daxil olan kimi baş həkimin harda əyləşdiyini soruşdum. Lakin, kimdən soruşdumsa, hamı bu suala cavab almaq üçün yalnız kassada əyləşən xanımı gözləməyimizi tövsiyyə etdi. Nəhayət ki, həmin xanım öz işinin başına təşrif buyurdu və verilən suala belə cavab verdi ki, "baş həkim ikinci mərtəbədə əyləşir, amma bu şöbənin ona aidiyyatı yoxdur. Rəhbər Elnurə xanımdır. Onunla da əgər əvvəlcədən qeydiyyata yazılmamısınızsa, görüşə bilməzsiniz".

Soruşuram, "Bura TƏBİB-ə tabedir, yoxsa Səhiyyə Nazirliyinə?"

Deyir, -"Bilmirəm, Elnurə xanım bilir".

Görünür, kassada əyləşən - bizə verilən məlumata görə Elnurə Mustafayevanın qardaşı qızı olduğu deyilən Səbinə adlı bu xanımı mətbuatın suallarına ümumiyyətlə cavab verməməsi üçün "tənbehləyiblər" ki, xanım yalnız, - "Bilmirəm, Elnurə xanım bilir" cavabını verirdi.

Əlqərəz...

Gah "əməliyyatdadır", gah "müayinədədir" deyib, təqribən bir saata yaxın müddət gözlətdikdən sonra mən hövsələdən çıxdım, "görüşməyəcəksə mən niyə bu qədər zaman itirirdim" deyib, aidiyyatı quruma zəng etmək üçün telefonu çıxardım.

Yalnız bu zaman "Buyurun, gəlin, xanım sizi qəbul edir" deyib, məni və mənimlə birlikdə oraya gedən Natəvan xanımın səlahiyyətli nümayəndəsi olan qardaşı Fikrət bəyi Elnurə Mustafayevanın otağına dəvət etdilər.

Otağa daxil olub, özümü təqdim etdim və sual verdim:

- "Elnurə xanım, məni niyə qəbul etmirsiniz" redaksiyama şikayət daxil olub, məlumatı yayımlamadan əvvəl qarşı tərəf olaraq sizi dinləməyə gəlmişəm. Bu məlumat birtərəfli yayımlansa idi sizə xoş olardımı?".

Elnurə Mustafayeva özündən razı səs tonu ilə - "Siz kimsiniz? Hüquqşünassınız?" sualını verdi

- "Bəli, eyni zamanda jurnalistəm. "DogruXeber.az" informasiya portalının rəhbəriyəm" dedim.

- "O zaman sənədinizi göstərin ".


Xidməti vəsiqəmi çıxarıb xanıma təqdim etdim. Vəsiqəyə gözucu nəzər salıb, vəzifə başında səlahiyyət sahibinə xas olmayan, ümumiyyətlə qadın adına yaraşmayan tərzdə stolun üstünə tullayıb, qarşımdan yel kimi ötüb, koridora çıxdı və yüksək səslə danışaraq, əyləşib növbə gözləyən pasientlərin, həmçinin xəstəxana çalışanlarının qarşısında bir "şou" nümayiş etdirdi ki, gəl görəsən...

- "Sən mənə deyirsən mən müdirəm, mənə hörmət etməlisən. Gözüm aydın müdirsən. Mənim üçün fərqi yoxdur heç kimin. Müxbirlər bura gəlir ancaq bizdən pul almağa" və sair sözləri ilə dayanmadan danışıb səs-küy saldı ki, pulunu mənimsəyib, özünü də yarımcan etdiyi Aynur Abışova barəsində sual vermək imkanımız olmasın.

Özü otağa dəvət edib, keçmişik, lakin, çıxıb oradakılar qarşısında şou göstərən Elnurə Mustafayeva "Siz anidən odama daldınız"-deyə bağıraraq, bizi borclu çıxarmağa cəhd edirdi.

Qeyd: Qeyd edim ki, Elnurə Mustafayevanın göstərdiyi şou, otaqdakı davranışları, hətta ən başdan otağa dəvət edilməyimiz, eyni zamanda mənə "bura pul almağa gəlirsiniz" deyə atdığı böhtan və sair hər biri qeydə alınıb və bunu sübut edəcək dəlillərim mövcuddur.

Bu səs-küyə bizə bir xanım yaxınlaşdı. Baş mühasib olduğunu deyən Nigar adlı xanım bizi iş otağına dəvət etdi. Normal şəkildə dinlədi və bildirdi ki, "Gərək siz baş həkimə yaxınlaşardınız"

Ona da bildirdim ki, mən baş həkimin yerini soruşdum, dedilər bu şöbəyə Elnurə xanım rəhbərlik edir, baş həkimə aidiyyatı yoxdur".

"Mən Azərbaycan qızıyam " deyərək, ümumiyyətlə qadına yaraşmayan davranış nümayiş etdirən Elnurə Mustafayevadan fərqli olaraq, baş mühasib Nigar xanım məsələləri normal, mədəni şəkildə dinlədikdən sonra bildirdi ki, - "Baş həkimin müavini Lalə xanım yoldadır. Birazdan çatacaq, mən sizi dinlədim ki, rəhbərliyə olduğu kimi məlumat verim. Siz də istərsəniz Lalə xanımla özünüz də danışın ".

Biraz gözlədikdən sonra Lalə xanım gəldi, onunla da görüşüb, məsələləri diqqətinə çatdırdım. Lalə xanım dinlədikdən sonra, "Tezliklə sizinlə əlaqə saxlanılacaq ", dedi və biz oradan çıxdıq. İki gün sonra "Baku Medical Plaza"nın Mərkəzi filialından zəng edib, direktor Pərviz müəllimin mənimlə üzbəüz danışmaq istədiyini bildirdilər və bunun üçün "Baku Medical Plaza"nın Babək prospektində yerləşən filialına dəvət etdilər.

27.06.2022-ci il tarixində mən Natəvan xanımın qardaşı Fikrət bəylə birlikdə Pərviz müəllimlə görüşmək üçün "Baku Medical Plaza"nın Babək filialına getdim. Danışıb, məsələ barəsində ətraflı məlumat verdikdən sonra, xəstə yaxını ilə rahat danışıb, ortaq məxrəcə gəlsinlər deyə, otaqdan çıxdım.

Biraz onlar danışdılar və sonra mən yenidən otağa qayıtdım. Pərviz müəllim səhər əlaqə saxlayacağını dedi və biz oradan çıxdıq.

Fikrət bəyin mənə bildirdiyinə görə o Pərviz müəllimə dəymiş mənəvi ziyanları güzəşt etdiklərini deyib, lakin maddi ziyanın ödənilməsini tələb edib. Pərviz müəllim isə xəstəxananın müəyyən xərclərini çıxdıqdan sonra, yarı məbləği ödəməyi təklif edib. Lakin, zərərçəkmişin yaxını bununla razılaşmayıb və vurulan ziyanın tam şəkildə ödənməsini tələb edib. Onun bu israrından sonra Pərviz müəllim kiminləsə məsləhətləşib səhər əlaqə saxlayacağını bildirib.

Artıq, Pərviz müəllimlə görüşümüzdən az qala bir həftə keçməsinə baxmayaraq, hələ də heç bir xəbər yoxdur.

Sözügedən klinika özünün və həkiminin xəstəyə və xəstə yaxınlarına yaşatdığı bu qədər əziyyətdən, gərginlikdən sonra, vurduğu ziyanın heçolmasa, ən azından maddi tərəfini geri ödəməli olduğu halda, üstəlik də bu cür, pulunu geri verməməklə də stress, gərginlik yaşatması ümumilikdə səhiyyə adına nöqsandır.

Məhz Elnurə Mustafayeva kimi işi reklamına dəyməyən həkimlər və həkiminin nöqsanının arxasında dayanan "Baku Medikal Plaza" kimi tibb müəssisələridir ki, bu gün "Azərbaycan həkimi" adını dəyərdən salıb, xalqın "ağ xalat"a olan hörmət və inamını tamamilə məhv edib.

Qeyd edək ki, bütün bunlar barəsində "DogruXeber.az" redaksiyası tərəfindən aidiyyatı qurumların hər birinə ayrı-ayrılıqda rəsmi müraciətlər göndərilib.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

15-07-2022, 02:33

Nadir Bayramlı: “Türkiyədə efirə çıxmaq üçün maşınımı satdım”

Şou-biznes

14-07-2022, 17:55

ŞOU-BİZNES "Türkiyəyə gedib efirə çıxmaq üçün maşınımı satdım"

Cəmiyyət

11-08-2022, 17:00

“O, Mədəniyyət Nazirliyində rüşvətxorluğu sistem halına salan şəxs idi…” – Xalq artistindən ŞOK AÇIQLAMA

Cəmiyyət / Səhiyyə

30-06-2022, 13:17

Klinikada baş verən ŞOK olay !

Cəmiyyət

4-07-2022, 17:22

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Maraqlı

20-07-2022, 14:32

Həkim gizli şəkildə xəstəni öz sperması ilə mayalandırıb

Siyasət

10-08-2022, 14:04

Azərbaycan və Əlcəzair mövcud iqtisadi potensialı reallaşdırmaq niyyətindədir

Təhsil

10-08-2022, 15:14

Bağçada işləmək istəyənlərin DİQQƏTİNƏ - 5 min nəfər... - VİDEO

Cəmiyyət

27-07-2022, 16:24

Azər Zahidin dostumdur deyib təhqir etdiyi qazi DANIŞDI: “Üzr istəməlidir”

Şou-biznes

16-07-2022, 17:57

"Hansısa “müğənni” efirə çıxıb orasını-burasını göstərirsə biabırçılıqdır"

Cəmiyyət

10-08-2022, 14:00

Müşfiq Ələsgərli: “Sosial şəbəkələrin tənzimlənməsi üçün tədbirlər görülməlidir”

Şou-biznes

11-08-2022, 12:54

Nazpəri Dostəliyeva: "Sevgilim deyə müraciət edirik bir-birimizə"

Araşdırma
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Texniki filialında təmirsiz otaqlar, tələbələr soyuqdan donur, təhqir edilir – Gəncə Regional Kollecdə təhsil yoxsa səbr imtahanı?
"Azəriqaz"İB-də DƏRƏBƏYLİK: Sənədi olmayan obiyektə necə sayğac quraşdırılır?
KTN-də qalmaqallı təyinat gözlənilir – Korrupsioner məmur yenidən direktor olacaq?
"AKA BUSİNESS" MMC vətəndaşlara qarşı hansı dələduzluq metodundan istifadə edib?: Elmar Ağasoylu vəziyyətdən necə çıxır?
Ali Məhkəmə Müşfiq Atakişiyevin bacısı oğlu ilə bağlı qərar verdi
Hadisə
Bu gün, 14:46
Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub
Bu gün, 10:02
Lənkəranda vəzifəli şəxsin qohumu adı ilə dələduzluq edən şəxs saxlanılıb
24-12-2025, 19:04
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı
24-12-2025, 10:41
Gürcüstanda bu il ərzində ikinci məscid yanıb
23-12-2025, 12:20
Küçədən qadın meyiti tapıldı
21-12-2025, 18:00
Bakıda qəza - 19 yaşlı oğlan həyatını itirdi
Xəbər lenti
  • Bu gün, 20:19
    “Ruqya” Sağlamlıq Mərkəzində Karate ustası olan “cin”lə “mübarizə” VİDEO
  • Bu gün, 19:00
    Nazir XİN-in "qara siyahı"sı ilə bağlı mövcud vəziyyətə aydınlıq gətirib
  • Bu gün, 18:19
    Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 18:02
    Binəqədi rayonunda layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib? VİDEOFAKT
  • Bu gün, 17:57
    Şirvan sakini “saxta vəkil” tərəfindən aldadıldığını iddia edir – 1980 manatlıq dələduzluq və təhqir
  • Bu gün, 17:48
    Milli Məclisin payız sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
  • Bu gün, 16:39
    Neftçala sakini saxta orderlə aldadıldığını iddia edir – 500 manatlıq dələduzluq faktı
  • Bu gün, 16:21
    Almaniya Ukraynaya növbəti dəfə hava hücumundan müdafiə kompleksini verib
  • Bu gün, 16:08
    Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası
  • Bu gün, 15:52
    XİN: Sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir
  • Bu gün, 15:50
    Akademik Arif Həşimov: “Dövlət başçısının qarşıya qoyduğu vəzifələr sənayenin inkişafında yeni strateji istiqamətlərin formalaşmasını şərtləndirir”
  • Bu gün, 15:39
    Kəmaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?
  • Bu gün, 15:18
    Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb
  • Bu gün, 14:57
    “İstanbul Klinika”da qanunsuz tibb fəaliyyət göstərilib
  • Bu gün, 14:46
    Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub
  • Bu gün, 13:03
    Bakıda mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Bu gün, 12:44
    “Duman” restoranında təhlükəli vəziyyət-Videofakt
  • Bu gün, 12:11
    Parlamentdə uşaqların virtual asılılığının azaldılmasına dair dinləmə keçirilməsi təklif olunub
  • Bu gün, 12:03
    “AYNA-nın ödənişli parklanması hüquqi boşluqlardan biridir”
  • Bu gün, 11:34
    Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
  • Bu gün, 11:18
    Həbsdəki eks-icra başçılarından yalnız - Biri amnistiyaya düşür
  • Bu gün, 10:58
    Ərdoğan COP31-ə prezident təyin edib
  • Bu gün, 10:31
    “Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto
  • Bu gün, 10:12
    Zaqatalaya 10 sm qar yağdı, 10 dərəcə şaxta var - FAKTİKİ HAVA
  • Bu gün, 10:02
    Lənkəranda vəzifəli şəxsin qohumu adı ilə dələduzluq edən şəxs saxlanılıb
  • Bu gün, 09:50
    Deputatlar yenidən toplaşır - Gündəlikdə 9 məsələ var
  • Dünən, 19:00
    Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-FOTOFAKT
  • Dünən, 18:47
    AZAL təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib - ARALIQ HESABAT
  • Dünən, 18:26
    Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI
  • Dünən, 18:04
    Ukrayna Britaniya raketləri ilə Rusiyada neft emalı zavoduna zərbə endirib, partlayışlar baş verib
  • Dünən, 17:45
    Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxladı
  • Dünən, 17:44
    Ombudsmanın nümayəndəsi İƏT Ombudsmanlar Assosiasiyasının Alt Komitəsinin ilk iclasında onlayn qaydada iştirak edib
  • Dünən, 17:42
    “Rahatlığın məkanı Gold” sakinlərin rahatlığını pozub – poliklinikanın binası satıldı, yol bağlandı
  • Dünən, 17:36
    Mais Məmmədov qanunsuz obyekətə hansı şərtlərlə icazə verib?-Video
  • Dünən, 17:18
    Prezidentin Ağdam səfəri: Azad edilmiş ərazilərdə dirçəliş Azərbaycanın dövlət iradəsinin göstəricisidir - TƏHLİL
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə