Sizin reklam burada 728×90
Son dəqiqə

Ermənistan parlamentində dava düşüb

22.04.2025 14:50 273 1 dəq oxunur
Ermənistan parlamentində dava düşüb
Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə müxalif "Ermənistan" blokunun nümayəndələri arasında dava düşüb.

Dava deputatlar Geqam Manukyan və Vae Qaluumyan arasında baş verib.

Mübahisə "Ermənistan" fraksiyasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin təqdimatı ilə bağlı bəyanatından sonra başlayıb.

Parlament sədri Alen Simonyan birbaşa yayımın dayandırılmasını tələb edib, bundan sonra zala hüquq-mühafizə əməkdaşları daxil olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az