• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Mehdiyev”çilər yola salınır - İcra Hakimiyyətlərində başçı müavini qalmadı, hər birini işdən çıxardılar

Gündəm

12-01-2026, 15:45

Dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin uzun illər ərzində icra hakimiyyəti strukturlarına yerləşdirdiyi kadrların mövcudluğu artıq heç kim üçün sirr deyil. Onilliklər boyu kadr siyasətinə nəzarət edən Mehdiyev özünə sadiq şəxsləri müxtəlif dövlət qurumlarına, xüsusən də yerli icra hakimiyyətlərinə yerləşdirib. Həmin kadrların idarəetmə orqanlarından uzaqlaşdırılması prosesi aparılır.
Musavat.com-a daxil olan məlumatlara görə, artıq ölkənin bütün rayonlarında icra başçılarının müavinləri, xüsusilə 2021-ci ilə qədər təyin olunan şəxslər vəzifələrindən azad ediliblər. Hər rayonda orta hesabla 3-4 müavin işdən çıxarılıb. 2021-ci ildən sonra təyin olunan başçı müavinləri isə vəzifələrində qalıblar. Lakin prosesin ən diqqətçəkən və suallar doğuran tərəfi odur ki, başçı müavinləri vəzifədən uzaqlaşdırılsalar da, onlara ayrılmış xidməti avtomobillərdən, sürücülərdən və digər inzibati resurslardan istifadə etməkdə davam edirlər. Başqa sözlə, kreslo gedib, imtiyaz qalır. İslahat dalğası təkcə icra başçılarının müavinləri ilə məhdudlaşmayıb. Rayonların İnzibati Ərazi İdarəetmə Nümayəndəliklərində çalışan mühasiblər, baş məsləhətçilər, təsərrüfat və uçot funksiyalarını icra edən əməkdaşlar da kütləvi şəkildə ixtisara düşüblər. Bu isə hər bir rayon üzrə təxminən 35-40 nəfər dövlət qulluqçusunun işsiz qalması deməkdir. Rəsmi göstərişlərə əsasən, icra hakimiyyətlərində 65 yaşına çatmış vəzifəli şəxslər təqaüdə göndərilməlidir. Ancaq yerlərdə tam fərqli mənzərə müşahidə olunur. Bir çox rayonda təqaüd yaşını çoxdan tamamlamış, faktiki olaraq icra başçılarının şəxsi təsərrüfatını, biznes maraqlarını və qeyri-rəsmi tapşırıqlarını icra edən şəxslər illərdir vəzifədə saxlanılır. Nəticədə Ramiz Mehdiyevlə heç bir bağlılığı olmayan, gənc və peşəkar kadrlar ixtisar olunur, köhnə və toxunulmaz fiqurlar isə sistemdə qalır. Halbuki Prezident İlham Əliyevin ötən ilin dekabrında yerli icra hakimiyyətlərinin strukturunun təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərman qanunçuluq, şəffaflıq və sosial ədalət prinsiplərinə əsaslanırdı. Rəsmi məqsəd dövlət qulluğunun optimallaşdırılması, idarəetmədə səmərəliliyin artırılması idi. Lakin yerlərdə bu Fərmanın icrası zamanı sosial ədalət prinsipləri faktiki olaraq pozulur. Yeni Fərmanla 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Prezident Fərmanı faktiki olaraq yeni redaksiyada təsdiq edilib.

Bu isə şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndəliklərin strukturunun və ştat sayının ciddi şəkildə dəyişdirilməsi deməkdir. Yeni struktura əsasən, rayon icra hakimiyyəti aparatlarında maksimum 38 ştat vahidi nəzərdə tutulur, sektor və şöbələr birləşdirilir, funksiyalar mərkəzləşdirilir, bir sıra vəzifələr isə tamamilə ləğv olunur. Fərmanın ən həssas və hüquqi baxımdan vacib hissəsi ştatları ixtisar edilən dövlət qulluqçularına münasibətdə Əmək Məcəlləsinin, “Dövlət qulluğu haqqında” Qanunun və Prezidentin 2011-ci il 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaların tətbiq olunmasıdır. Rəsmi sənəddə açıq şəkildə vurğulanır ki, ixtisar olunan məmurların analoji vəzifələrə yerləşdirilməsində üstünlük hüququ təmin edilməlidir və bu prosesə Dövlət İmtahan Mərkəzi də cəlb olunmalıdır.

Eyni zamanda Fərmanla Nazirlər Kabinetinə 2 ay müddətində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Yəni sənəd real idarəetmə islahatını hədəfləyir. Yeni strukturda diqqət çəkən digər məqam hüquq və kadr məsələləri sektorunun cəmi 3 ştat vahidi ilə məhdudlaşdırılmasıdır. Sosial-iqtisadi inkişaf və memarlıq-tikinti şöbələrində vəzifə sayı azaldılır, inzibati işlər, sürücülər və texniki personal üzrə ixtisarlar isə real şəkildə tətbiq olunur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

18-12-2025, 12:36

BDU-nin rektoru Elçin Babayevin gizlin əməlləri ifşa olundu-Faktlar

Gündəm / Ölkə

18-11-2025, 13:47

Ramiz Mehdiyevə villa bağışlayan icra başçılarının sırasına daha biri əlavə oldu...

Gündəm

20-11-2025, 16:49

Ramiz Mehdiyevə ev bağışlayanları hansı aqibət gözləyir?

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

28-10-2025, 12:46

Ramiz Mehdiyevin məktubundakı ifşanın detalları: "Məkri keçmədi..."

Gündəm / Təhsil

24-10-2025, 13:19

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Ölkə

4-12-2025, 15:28

Mehdiyevin oğlunu gözləyən aqibət - Banklar, torpaq sahələri...

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
23-08-2026, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 17:26
    “Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
  • Bu gün, 17:03
    SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər
  • Bu gün, 16:48
    Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
  • Bu gün, 16:31
    13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
  • Bu gün, 16:11
    Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
  • Bu gün, 15:58
    AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
  • Bu gün, 15:41
    10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
  • Bu gün, 15:28
    Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
  • Bu gün, 15:22
    Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
  • Bu gün, 13:33
    Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
  • Bu gün, 13:06
    Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
  • Bu gün, 12:53
    Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO
  • Bu gün, 12:23
    Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb
  • Bu gün, 11:44
     Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
  • Bu gün, 11:17
    Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
  • Bu gün, 10:50
    Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...
  • Bu gün, 10:11
    "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub
  • Bu gün, 09:51
    Bu gün Laçın Şəhəri Günüdür
  • Bu gün, 09:26
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • Dünən, 19:08
    "Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb
  • Dünən, 19:01
    "Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
  • Dünən, 18:29
    İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb
  • Dünən, 18:23
    Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
  • Dünən, 17:53
    Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır
  • Dünən, 17:32
    YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
  • Dünən, 17:19
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:13
    Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
  • Dünən, 17:01
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • Dünən, 16:39
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • Dünən, 16:31
    9 yaşlı qıza ögey anası zorakılıq edir?
  • Dünən, 16:06
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:52
    Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
  • Dünən, 15:29
    Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
  • Dünən, 15:04
    Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu
  • Dünən, 14:56
    Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə