Sizin reklam burada 728×90
Son dəqiqə

TƏBİB rəhbərliyi ilə bağlı iddialar: Musa Abbasov ətrafında müzakirələr artır

31.03.2026 10:43 345 1 dəq oxunur
TƏBİB rəhbərliyi ilə bağlı iddialar: Musa Abbasov ətrafında müzakirələr artır
 

Son günlər sosial şəbəkələrdə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovun TƏBİB-in rəhbərliyi ilə bağlı iddialı planlar qurduğu barədə müxtəlif məlumatlar yayılmaqdadır.

Redaksiyamıza daxil olan məlumatlara görə, Musa Abbasovun bir sıra tibb işçiləri ilə görüşlər keçirdiyi və mümkün kadr dəyişiklikləri ilə bağlı müzakirələr apardığı iddia olunur. Həmin iddialarda bildirilir ki, o, TƏBİB rəhbərliyinə namizədliyinin nəzərdən keçirildiyini qeyd edərək, dəstək axtarışında olub.

Məsələ ilə bağlı Musa Abbasovla həmkarlar tərəfindən əlaqə saxlanılıb. O, yayılan məlumatlara münasibət bildirərkən bəzi təkliflərin olduğunu istisna etməyib, lakin konkret qərarın verilmədiyini vurğulayıb.

Bununla yanaşı, sosial şəbəkələrdə yayılan digər iddialarda Musa Abbasovun müxtəlif şəxslərlə əməkdaşlıq etdiyi və gələcəkdə mümkün vəzifə bölgüsü ilə bağlı planlar qurduğu qeyd olunur. Həmin iddialarda adı keçən şəxslərdən biri də sabiq Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürovdur.

Xatırladaq ki, Natiq Şükürov 2021-ci ildə vəzifəsindən azad olunub. Rəsmi məlumatlara əsasən, bu qərar onun fəaliyyətində aşkar edilmiş nöqsanlar və idarəetmə sahəsində çatışmazlıqlarla əlaqədar qəbul edilib. Həmin dövrdə TƏBİB tərəfindən aparılan yoxlamalar nəticəsində səhiyyə xidmətinin təşkili və nəzarətlə bağlı ciddi problemlərin olduğu bildirilib.

Bununla belə, sosial mediada yayılan məlumatların əksəriyyəti hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və qeyd olunan iddialar müstəqil şəkildə araşdırılmağa ehtiyac duyur.

Mütəxəssislər hesab edir ki, bu cür həssas məsələlərdə rəsmi mövqelərin açıqlanması və faktların dəqiqləşdirilməsi vacibdir. İctimaiyyət isə TƏBİB rəhbərliyi ilə bağlı mümkün dəyişikliklərə dair rəsmi açıqlamaları gözləyir.

Mövzu diqqət mərkəzində saxlanılır.
Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az