• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

MEHDİYEVİN DAHA BİR KADRI İŞDƏN ÇIXARILDI – Şahin Bağırov islahat aparır, yoxsa…? + FOTO

Gündəm

16-08-2022, 16:35

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib. “Qaynarinfo”nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov “Abşeron” gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.



Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Şahin Bağırov Gömrük Komitəsinin rəhbərliyinə gəldikdən sonra apardığı kadr dəyişiklikləri birmənalı qarşılanmayıb. Ekspertlər bu dəyişiklikləri gömrükdə kadr islahatları kimi deyil, daha çox komitənin sabiq sədrə yaxın şəxslərdən “təmizlənməsi” kimi xarakterizə edirlər. Hətta bunu vaxtilə gömrükdən uzaqlaşdırılan Şahin Bağırovun Səfər Mehdiyev və ətrafından “acıq çıxması” kimi izah edənlər də var…

Onun Kəmaləddin Heydərovun işdən çıxardığı Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin sabiq rəisi Kənan Aşurlunu Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə rəhbər təyin etməsi də bu konteksdən izah olunur.



Bu cür təyinat və “kadr islahatları” ilə isə gömrükdə ictimaiyyətin gözlədiyi müsbət dəyişiklikləri reallaşdırmaq mümkünsüz hesab edilir.

Təsadüfü deyil ki, Şahin Bağırovun Gömrük Komitəsinin rəhbərliyinə gətirilməsindən müəyyən vaxt keçsə də, gömrük sistemində heç nə dəyişməyib. Hətta bəzi iddialara görə bürokratiya daha da artıb.

Məsələn bir neçə gün əvvəl tanınmış vəkil Aslan İsmayılov gömrük sistemində qanunsuz tələblərin davam etdiyini bildirib. O, gömrük terminallarında rüşvət cə süründürməçiliyin olduğunu iddia edib: “Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi məlum generalların həbsi əməliyyatlardan, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra əmin idim ki, heç kimin cürəti çatmaz iş adamlarına qanunsuz tələblər irəli sürsünlər. Bu günlərdə də Komitəyə sual ünvanladım ki, əgər ekoloji faktor əsasdırsa, onda necə olur, 2021-ci il istehsalı olan 50 min ABŞ dollarlıq 2.0 litr hibrid-benzin avtomobilin idxal gömrük rüsumu (4 min AZN) tam elektrik avtomobil rüsumundan (12 min AZN) 3 dəfə azdır. Elə həmin gün səhifəmə bir müraciət daxil olub. Komitənin yeni rəhbərliyindən xahiş edirəm məsələyə münasibət bildirsinlər”.

A.İsmayılov əlavə edib ki, E-gov.az portalı vasitəsilə bütün ödənişlərin həyata keçirilməsinə baxmayaraq gömrük sistemində qiymət artımına səbəb olacaq qanunsuz prosedurlar yaradılıb: “Bütün ödənişləri həyata keçirib yükün yoxlanılmasına görə inspektorun ayrılması üçün müraciət etdik və bizə inspektor ayrıldı. İnspektorla danışan kimi bizə bildirdi ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən tapşırılıb ki, maşın gəldiyi terminalda açılıb tam boşalmalıdır. Normalda isə qanunvericiliyə əsasən inspektor bizimlə anbarımıza yaxınlaşıb yükə baxış keçirirdi. Yükün İpək Yolu Terminalında tam yoxlanışa boşaldılması isə iş adamına hər yük maşını üçün əlavə 700-800 manat xərc deməkdir. Bu da avtomatik olaraq gətirilən malların qiymətinə təsir edərək süni qiymət artımına gətirib çıxarır. Məsələni araşdırdıqda isə bəlli oldu ki, bu işlərə ödənilən pul heç dövlət büdcəsinə də getmir. Hansısa “Ramal-Trans” adlanan şirkətə ödənilir. Dünyanın krizisdə batdığı bir dövrdə, daşınma xərclərinin rekord vurduğu bir zamanda iş adamlarından süni maneə yaratmaqla əlavə pul tələb etmələrə son qoyulmalıdır. Mən başa düşə bilmirəm, Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur, yoxsa onlar toxunulmazdır?!”

Göründüyü kimi, kadr dəyişiklikləri olsa da, gömrükdə “köhnə hamam, köhnə tasdır”….

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-08-2022, 11:45

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

Siyasət

4-08-2022, 19:18

Səfər Mehdiyevin iki yaxın qohumu İŞDƏN ÇIXARILDI

Cəmiyyət

24-08-2022, 19:29

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

Siyasət

15-08-2022, 14:28

Gömrük Komitəsində bu generala yüksək vəzifə verildi

Cəmiyyət

5-08-2022, 15:42

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

İqtisadiyyat

15-08-2022, 16:13

Generalın müavinləri kimlərdir? - Deputatın qardaşı, Mehdiyevin qohumu...

Cəmiyyət

19-08-2022, 12:00

General İŞDƏN ÇIXARILDI - FOTO

Cəmiyyət

24-08-2022, 20:10

Polkovnik Pərviz Kəngərli vəzifəsindən azad edilib

Cəmiyyət

25-08-2022, 12:52

Vəzifədən azad olunan gömrük rəisi belə yola salındı - VİDEO

Gündəm / Cəmiyyət

27-12-2022, 20:57

Sabiq baş nazirinin polkovnik oğlu işdən niyə çıxarıldı? - Komitə təsdiqlədi, biznes və pozuntular...

Cəmiyyət

16-07-2022, 20:46

Gələn kimi iki generalı çıxardı, iki generala görə özü getdi - Mehdiyevin vəzifə yolu

Siyasət

18-07-2022, 15:08

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Dünən, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • Dünən, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • Dünən, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
  • Dünən, 17:54
    İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • Dünən, 17:47
    AAYDA-da kütləvi ləğvlər və... - Vüsal Nəsirli 10 aydır nə ilə məşğuldur?
  • Dünən, 17:36
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • Dünən, 17:30
    Keşlədə 1 ildən çoxdur su xətti deşikdir... - Zaur Mikayılov tonlarla içməli suyu küçəyə axıdır - VİDEO
  • Dünən, 17:07
    Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
  • Dünən, 16:34
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
  • Dünən, 16:26
    Sabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır - Sakinlər DAD DEYİR...
  • Dünən, 15:53
    Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil
  • Dünən, 15:33
    Nəsimidə sakinlərin məhkəmə qərarına məhəl qoyulmur – Hasar sökülmür
  • Dünən, 15:07
    Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır
  • Dünən, 14:58
    "İslahat adı altında hüquqlarımız tapdalanır" - ETİRAZ VAR...
  • Dünən, 14:41
    Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
  • Dünən, 13:17
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:04
    Səbinə Əliyeva yenidən Ombudsman seçilib
  • Dünən, 12:54
    “Azenco”da 3,7 milyonluq mənimsəmə işi: Etibar Pirverdiyev özəl şirkətdə nə qədər aylıq maaş alıb? - TƏFƏRRÜAT
  • Dünən, 12:36
    DİN Ukrayna polisiylə keçirdiyi birgə əməliyyat nəticəsində beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
  • Dünən, 11:51
    İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
  • Dünən, 11:38
    Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib
  • Dünən, 11:31
    Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib - FOTOLAR
  • Dünən, 11:08
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Dünən, 10:59
    Gömrükdə elə oyunlar çevrilir ki... - İLGİNC İDDİA
  • Dünən, 10:20
    Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
  • Dünən, 10:04
    Zakir Fərəcov baş mühasibini dəyişdi - BUNDAN SONRA...
  • Dünən, 09:37
    Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb
  • Dünən, 09:30
    Qanunsuz tikinti ilə gündəmə gəlmişdi: Nazir işdən çıxardı - ƏMR
  • Dünən, 09:12
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 2-11-2026, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • 2-11-2026, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • 2-11-2026, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • 2-11-2026, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • 2-11-2026, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • 2-11-2026, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə