• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

YAP deputatları İnsanov mövzusunda danışmaqdan çəkinirlər - NƏ BAŞ VERİR?

Gündəm

12-07-2023, 15:07

Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının (HƏP) ətrafında yaranmış ajiotaj səngimək bilmir. HƏP-in Abşeron və Culfa təşkilatlarından 500-dən çox adamın istefa verməsi bu partiyanın perspektivi ilə bağlı şübhələr yaradıb. Bununla bağlı HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün Facebook səhifəsində məlumat yayıb.

HƏP-dən istefa verən İdarə Heyətinin üzvü:

Siyasətçi iddia edib ki, HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) və Culfa rayon təşkilatının 120 üzvü imzalarını geri götürməklə partiyadan istefa verib.

Qeyd edək ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ötən gün müxbirimizlə söhbət zamanı bu barədə danışmaq istəməyib. Məclis sədri “gələn də olur, gedən də” deməklə kifayətlənib. Aldığımız məlumata görə, özünü əvvəl radikal, sonra konstruktiv müxalifət partiyası elan edən HƏP-də sular bulanıb. Buna səbəb kimi HƏP sədri, keçmiş siyasi məhbus Əli İnsanovun sürüşkən siyasi mövqeyə sahib olması göstərilir. Partiyadakı mənbələrdən aldığımız məlumata görə, həm mərkəzi strukturlarda, həm də rayon təşkilatlarında təmsil olunan HƏP-çilər rəhbərliyin fəaliyyətindən narazıdır. Onlar siyasi hakimiyyətlə mübarizə aparmaq, gələcəkdə hökumətdə yüksək post tutmaq üçün Əli İnsanovun ətrafında birləşsələr də, artıq xəyal qırıqlığına uğradıqlarını bildirirlər. İndi partiya kuluarlarında tez-tez “Əgər belədirsə, gedib YAP-a üzv olaq” məzmunlu fikirləri eşitmək mümkündür.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Abşeron və Culfa təşkilatlarından üst-üstə 572 nəfərin istefa verməsi HƏP üçün ciddi problem yarada bilər. Belə ki, hazırda partiya siyasi mövcudluğunu davam etdirmək üçün Ədliyyə Nazirliyinin tələb etdiyi 5.000 nəfərlik siyahını bu quruma təqdim edib. Həmin siyahıda 2 gün əvvəl HƏP sıralarından istefa verən 572 nəfərin adı, telefon nömrəsi və başqa bilgiləri də var. Ədliyyə Nazirliyinin müəyyən etdiyi vaxt isə iyulun 11-də başa çatıb. HƏP-in məlum siyahını geri götürüb 3 gün ərzində sıralarına 572 yeni üzv cəlb edərək, onların adını Ədliyyə Nazirliyinə təqdim etməsi inandırıcı görünmür. Bu isə o deməkdir ki, HƏP qeydiyyat prosesində ciddi problemlə üzləşəcək.

Məlumata görə, partiyada siyasi təlatümün baş verməsi Əli İnsanovu bir o qədər də narahat etmir. Çünki o, bundan sonra siyasi fəaliyyətini müstəqil partiya sədri kimi deyil, YAP funksioneri kimi davam etdirməkdə maraqlıdır. Partiyadaşlarından biri bizimlə söhbət zamanı HƏP-in qeydiyyatdan keçməyəcəyi təqdirdə, Əli İnsanovun hakim partiyaya qayıdacağını iddia edib.

Bu, gözləniləndirmi? Əli İnsanov belə bir addım atsa, YAP tərəfindən necə qarşılanar? Hakim partiya Əli İnsanovu qəbul edə və hətta funksioneri olmasına şərait yaradarmı?

Yeni Azərbaycan Partiyasının bir neçə deputatı ünvanladığımız bu suallara cavab vermək istəmədiklərini, adlarının bu mövzuda heç bir halda çəkilməsini arzulamadıqlarını bildirdilər. Əli İnsanovun YAP-a qayıtmaq istəyinin olacağı halda bu istəyə necə cavab verilməsinin onlardan asılı olmadığını vurğulayan deputatlar bu məsələni partiyanın rəhbərliyindən başqa heç kimin həll etmək imkanında olmadığını dedilər. YAP deputatlarının İnsanov mövzusunda danışmaqdan çəkindikləri “adımı çəkməyin” xahişlərindən bir daha bəlli oldu.(“Yeni Müsavat”)

BakuNews.Az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

14-07-2022, 22:16

İtaliyanın Baş naziri İSTEFA VERDİ

Cəmiyyət

29-08-2022, 13:02

Yaxın günlərdə Mətbuat Şurasına yeni sədr seçiləcək

Cəmiyyət

5-08-2022, 12:17

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

Cəmiyyət

3-03-2023, 00:41

Nəhayət Şirinova: Bu gün biz gənclər hər birimiz YAP-la addımıadığımız uğur yolumuz haqqında ürək dolusu bəhs edir və bundan hər zaman qürur duyuruq

Dünya

12-07-2022, 15:45

Yaponiyanın sabiq baş naziri Şinzo Abe kimdir və niyə öldürüldü?

Dünya

15-07-2022, 06:27

Almaniyanın keçmiş kansleri partiyadan xaric edilə bilər

Dünya

13-07-2022, 20:15

Gürcüstanın hakim partiyasından istefalar davam edir.

Dünya

28-07-2022, 19:20

ABŞ-da 3-cü SİYASİ PARTİYA yarandı

Dünya

14-07-2022, 11:32

Estoniyanın Baş naziri istefa verib

Dünya

7-07-2022, 13:19

Boris Conson istefa verməyə RAZI OLDU

Gündəm

10-12-2022, 13:55

Ömrünü Azərbaycanım deyə fəda edən Ulu öndər Heydər Əliyev

Siyasət

1-03-2023, 00:24

YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Bu gün, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Bu gün, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Bu gün, 10:59
Xocavənddə traktor minaya düşüb
Dünən, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Xəbər lenti
  • Bu gün, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Bu gün, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Bu gün, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Bu gün, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Bu gün, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Bu gün, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Bu gün, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Bu gün, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Bu gün, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Bu gün, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Bu gün, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Bu gün, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Bu gün, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Bu gün, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Bu gün, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Bu gün, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Bu gün, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Bu gün, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Bu gün, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Bu gün, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Bu gün, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Bu gün, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Bu gün, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Bu gün, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Bu gün, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • Bu gün, 09:16
    Avropaya çatmaq arzusu faciə ilə bitdi
  • Bu gün, 09:01
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • Dünən, 19:00
    Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
  • Dünən, 18:30
    Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
  • Dünən, 18:20
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • Dünən, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • Dünən, 18:03
    Bu rayonlarda icra başçısı yoxdur -SİYAHI
  • Dünən, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • Dünən, 17:32
    Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı
  • Dünən, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə