Sizin reklam burada 728×90
Son dəqiqə

Cəbrayıl şəhərinin və doqquz kəndin azad olunmasından üç il ötdü - SİYAHI

04.10.2023 09:36 433 1 dəq oxunur
Cəbrayıl şəhərinin və doqquz kəndin azad olunmasından üç il ötdü - SİYAHI
Oktyabrın 4-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin üçüncü ildönümüdür.

Globalinfo.az xatırladır ki, 2020-ci ilin bu günü, Vətən müharibəsi davam edən dövrdə Ali Baş Komandan Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonuna daxil olan doqquz kəndin işğaldan azad olunduğunu elan etmişdi.

Bu kəndlər Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləridir.

Həmçinin müharibənin səkkizinci günündə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az