• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şəhid jurnalistlərin ailələri ziyarət olunub

Cəmiyyət

22-07-2022, 20:13

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşları Milli Mətbuat Günü münasibəti ilə şəhid jurnalistlərin ailə üzvlərini ziyarət ediblər.

bakunews.az report-a istinadən xəbər verir ki, SHXÇDX-nin rəis müavini general-leytenant Mayıl Şahverdiyev və xidmətin bir qrup əməkdaşları I Qarabağ müharibəsi şəhidi, jurnalist Kazımağa Kərimovun vaxtilə yaşadığı evə gələrək onun ailə üzvlərinə baş çəkiblər.


Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə və SHXÇDX-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə bildirilib ki, K.Kərimov 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. Jurnalist peşəsinə bağlı olan K.Kərimov bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışıb.

K.Kərimov ermənilərin Azərbaycan ərazilərinə təcavüzü ilə başlayan I Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanır. Döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdi. Qısa müddətdə batalyonlardan birinə komandir müavini təyin olunan K.Kərimov Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə erməni terrorçularına sarsıdıcı zərbələr endirib və onlara komandiri olduğu bölüklə birlikdə ağır itkilər verərək geri oturdub. O, 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalıb.

***


SHXÇDX-nin rəis müavini general-leytenant Zaur Abdullayev, Xidmətin Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Nicat Həsənov və digər rəsmi şəxslər şəhid jurnalist Məhərrəm İbrahimovun vaxtilə yaşadığı evə gələrək ailə üzvlərinə baş çəkiblər.
Şəhidin büstü önünə tər-gül dəstələri düzülüb və ruhuna dərin ehtiramlarını ifadə ediblər.

General-leytenant Z.Abdullayev və Xidmətin digər əməkdaşları şəhidin ailə üzvləri ilə birgə Məhərrəm İbrahimov barədə xatirələrini bölüşüb, onun qısa, lakin mənalı ömür yolunu bir daha nəzərdən keçiriblər.

General-leytenant Z.Abdullayev 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etməsinin hərb tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb.

O, hərbi əməliyyatlar zamanı media nümayəndələrinin döyüş bölgələrindən reportajlar hazırlamalarının, beynəlxalq aləmə erməni terrorizminin mahiyyətini çatdırmalarının informasiya savaşında ölkəmizin mövqelərinin güclənməsinə töhfə verdiyini bildirib: “Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam olunmuş Məhərrəm düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayırdı. Müharibədən sonra isə onun sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərdən gəlirdi. O, çəkiliş qrupunun tərkibində kəndbəkənd, ev-ev gəzərək Ermənistan silahlı dəstələrinin işğal altındakı ərazilərdə törətdikləri vəhşilikləri qeydə alırdı”.


Şəhidin qardaşı Əsgər İbrahimov göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq edib.

Ə.İbrahimov bildirib ki, ilk gündən bu diqqət və qayğını hiss ediblər: “Çox sağ olsunlar. Məhərrəmin ailə üzvləri və övladları böyük diqqət və qayğı ilə əhatə olunublar. Məhərrəm çox məsuliyyətli idi. Çalışdığı yerdə rəhbərliyin göstəriş və tapşırıqlarını hər zaman vaxtında və dəqiq yerinə yetirib. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olub, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edib, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Məhərrəm İbrahimovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Ötən ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib.

***

Milli Mətbuat Günü munasibəti ilə SHXÇDX-nin yüksək rütbəli hərbçiləri və Xidmətin bir qrup əməkdaşı şəhid jurnalist Sirac Abışovun ailə üzvlərini ziyarət ediblər.


Görüşdə iştirak edənlər ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, dövlətimizin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün gördüyü tədbirlərdən danışıb, Sirac Abışov barədə xatirələrini bölüşüblər.

Şəhidin atası Abış Abışov və qardaşı Şirzad Səmədov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində 2021-ci il iyunun 4-də minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Sirac Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-09-2022, 18:52

Sabirabadda polis əməkdaşları Vətən Müharibəsi zamanı şəhid olmuş Daxili Qoşunlarının hərbi qulluqçusunun ailəsini ziyarət ediblər

Hərbi

30-12-2022, 17:22

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndələri Şəhid ailələrin ziyarət edib

Cəmiyyət

12-04-2023, 23:39

Şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər - FOTO

Cəmiyyət / Hərbi

28-09-2022, 17:53

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edəcək

Hərbi

28-12-2022, 12:22

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Salyanda vətəndaşları qəbul edəcək

Hərbi

27-04-2023, 12:39

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edəcək

Gündəm / Hərbi

20-01-2023, 17:18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib - FOTOLAR

Cəmiyyət

20-03-2023, 17:37

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsini ziyarət ediblər - FOTO

Ölkə

8-05-2023, 21:50

9 may - Faşizm üzərində qələbə günü ilə bağlı veteranlar ziyarət olunub - FOTO

Cəmiyyət / Hərbi

22-09-2022, 19:26

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşları qəbul edib

Bölgə

30-12-2022, 01:18

Biləsuvarda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər

Cəmiyyət

12-04-2023, 23:41

Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb - FOTO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin maaşı müəyyənləşib
  • Dünən, 18:30
    Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
  • Dünən, 18:15
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • Dünən, 18:08
    Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO
  • Dünən, 17:46
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • Dünən, 17:41
    Sumqayıtda Fərəcova etirazlar başladı - Təmizlik işçiləri maaşlarını ala bilmir - VİDEO
  • Dünən, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • Dünən, 17:16
    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mühüm posta TƏYİNAT - FOTO
  • Dünən, 16:55
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • Dünən, 16:25
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • Dünən, 16:04
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Dünən, 15:48
    Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR
  • Dünən, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Dünən, 15:20
    AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?
  • Dünən, 14:54
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • Dünən, 14:38
    Bakıdakı Alman aptekləri vergidən yayınır? – Şikayət
  • Dünən, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Dünən, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • Dünən, 12:54
    “Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu
  • Dünən, 12:28
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • Dünən, 12:15
    Süni Mayalanma Mərkəzinin direktoru keçmiş həmkarını özünə müavin gətirdi - FOTO
  • Dünən, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Dünən, 11:34
    Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?
  • Dünən, 11:14
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
  • Dünən, 10:58
    Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
  • Dünən, 10:36
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Dünən, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:09
    Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO
  • Dünən, 09:25
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Dünən, 09:17
     Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 09:03
    Bakının iki rayonunda işıq kəsiləcək
  • 4-11-2026, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • 4-11-2026, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • 4-11-2026, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • 4-11-2026, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə