Sizin reklam burada 728×90
Son dəqiqə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edəcək

28.09.2022 17:53 838 1 dəq oxunur
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda  vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 13 oktyabr 2022-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Ağdaşda Göyçay, Ucar, Kürdəmir və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 11 oktyabr 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az