Kəşfiyyat məlumatlarına əsasən, Rusiya qüvvələri enerji və mülki infrastruktur obyektlərinə, eləcə də Dnepr çayı üzərindəki körpülərə yeni hücum hazırlayır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri hücumların qarşısını almaq üçün müdafiəyə hazırlaşır:
“Patriot” hava hücumundan müdafiə sistemləri üçün daha çox ələkeçirici raketlərə ehtiyacımız var. Hər bir razılaşma vacibdir, tədarükdə hər gün böyük əhəmiyyət daşıyır. Tərəfdaşlarımızdan tədarükləri sonraya saxlamamağı xahiş edirik”.
Ukrayna lideri həmçinin vurğulayıb ki, Rusiyanın taktikası elektrik şəbəkələrini, transformatorları və paylayıcı qurğuları sıradan çıxarmağa yönəlib.