• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AMEA-nın və FHN-nın təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib

Ölkə

1-03-2025, 04:39

Ümumdünya Mülki Müdafiə Günü AMEA-da qeyd olunub

Fevralın 28-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsinin və AMEA-nın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin AMEA-dakı büstü önünə əklil və gül dəstələri qoyub, dahi liderin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilib.

Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Toplantını giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ümumdünya Mülki Müdafiə Gününün məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını vurğulayan alim bildirib ki, ölkəmizdə fövqəladə halların qarşısının alınması və onlarla mübarizə XXI əsrin ən vacib məsələlərindən birinə çevrilmişdir: “Müasir dünyada yalnız müharibələrlə deyil, həm də təbii fəlakətlərlə mübarizə aparmaq üçün yeni texnologiyaların inkişaf etdirilməsi, bu texnologiyalardan istifadə edəcək kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

AMEA rəhbərinin sözlərinə görə, bir ölkənin FHN qüvvələri güclüdürsə, orada təbii fəlakətlərdən qorunmaq, istənilən riskin və fəlakətin qarşısını almaq, eləcə də cəmiyyətdə sabitliyi və inkişafı təmin etmək daha effektiv olur. Hazırda Prezident İlham Əliyevin xüsusi qayğısı və diqqəti sayəsində ölkəmizin fövqəladə hallar sistemi sürətlə inkişaf edir, təkmilləşir və müasir dövrün tələblərinə cavab verir. Azərbaycan FHN qüvvələrinin həm ölkəmizdə, həm də qardaş Türkiyədə ən çətin və mürəkkəb yanğınların söndürülməsi, eləcə də zəlzələlər zamanı göstərdiyi peşəkar fəaliyyəti ölkələrarası münasibətlərin inkişafına böyük töhfələr verir.

Mülki müdafiənin ölkənin ümumi müdafiə sisteminin tərkib hissəsi olduğunu söyləyən akademik İsa Həbibbəyli, FHN-in mülki müdafiə qüvvələrinin ölkəmizdə əhalinin təhlükəsizliyinin qorunması sahəsində yüksək peşəkarlıq nümayiş etdirdiklərini vurğulayıb. Qeyd edib ki, nizamlı və peşəkar ordu nə qədər vacibdirsə, mülki müdafiə qüvvələri də bir o qədər əhəmiyyətlidir.

AMEA prezidenti bildirib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin “Dəmir Yumruq” strategiyası sayəsində qazanılmış böyük Zəfər zamanı Azərbaycan Ordusu öz texniki imkanlarını sübut etdiyi kimi, mülki müdafiə qüvvələrimiz də cəmiyyətin müxtəlif sahələrində operativ fəaliyyət göstərərək peşəkarlığını və vətənpərvərliyini dəfələrlə sınaqdan keçirmişdir.

AMEA-nın nəzdində də mülki müdafiə ilə bağlı qurumların fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli FHN-in bu sahəyə cavabdeh idarələrinin Akademiyada mülki müdafiə işinin təşkilinə böyük diqqət yetirdiyini vurğulayıb.

O, Ümumdünya Mülki Müdafiə Gününün FHN tərəfindən hər il müxtəlif qurumlarda qeyd olunduğunu söyləyərək, ilk dəfə olaraq bu əlamətdar günə həsr olunmuş tədbirin AMEA-da keçirilməsini FHN və AMEA arasında əməkdaşlığın yüksələn xətlə inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirib, rəhbərlik etdiyi qurumun adından FHN-in rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi haqqında məlumat verib, əlamətdar günün Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən təsis edildiyini diqqətə çatdırıb. Azərbaycanın 1993-cü ildən bu beynəlxalq təşkilata üzv olduğunu söyləyən Niyazi Zamanov 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlərin təşkil edildiyini bildirib.

Baş idarə rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.

O, həmçinin mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında Nazirliyin fəaliyyətindən danışıb.

“Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir”, - deyə bildirən general-mayor Niyazi Zamanov son illər dünyada müşahidə olunan və genişlənən tədbirlər fonunda mülki müdafiə problemlərinin yeni, müfəssəl yanaşma tələb etdiyini vurğulayıb. Qeyd edib ki, əhalinin təhlükəsizliyinin etibarlı təminatı üçün xilasetmə qurumlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, ölkmizin bütün bölgələrində idarəetmə strukturlarının və qüvvələrinin yerləşdirilməsi, eləcə də iri miqyaslı fövqəladə hallar zamanı mərkəzi və yerli icra orqanları, idarə və müəssisələrdə qarşılıqlı fəaliyyətdə mülki müdafiə məsələlərinin həllinə nail olmaq FHN-nin prioritet məsələlərindəndir.

Baş idarə rəisi ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində aidiyyəti qurumların vəzifələri, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və görülən işlər barədə də məlumat verərək, mülki müdafiə sahəsinin inkişafının əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından önəmini vurğulayıb.

Daha sonra “Azercell Telekom” MMC-nin Biznesin Dayanıqlığı şöbəsinin rəhbəri Anar Mirzəyev ”Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi”, “Azərbaycan Dəmir Yolları” QSC-nin SƏTƏM rəhbəri Bəhruz Nəcəfli “Mülki müdafiə tədbirləri çərçivəsində əhalinin təhlükəsizliyinin təmin olunmasında dəmir yolu nəqliyyatı strukturunun rolu”, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə fövqəladə hallar proqramının rəhbəri doktor Kəmran Məşhədi “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin rəisi Nizami Vəliyevin “Azərbaycan Milli Elmlər Akademiyasında mülki müdafiənin təşkili” və Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanovun “Yerli icra hakimiyyəti orqanında mülki müdafiə tədbirlərinin təşkilinin əsas prinsipləri” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, fövqəladə hallarda hazırlıq, eləcə də təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınmasının önəmindən bəhs olunub.

Sonda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyət göstərən şəxslər Fövqəladə Hallar Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunublar.

Tədbirə yekun vuran akademik İsa Həbibbəyli bugünkü toplantını mülki müdafiə sahəsinin inkişaf etdirilməsi və FHN-in fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm töhfə kimi dəyərləndirib. Bildirib ki, bu kimi tədbirlər, həmçinin iki qurum arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi, münasibətlərin daha da dərinləşməsi və birgə ortaq layihələrin həyata keçirilməsi üçün uğurlu bir başlanğıcdır.


















Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

29-07-2022, 14:20

Masallıda mülki müdafiə məşqi keçirilib - FOTO

Dünya

25-09-2023, 18:31

Azərbaycan xilasediciləri Qazaxıstanda beynəlxalq yarışda iştirak ediblər - VİDEO

Cəmiyyət

8-05-2023, 21:46

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib

Cəmiyyət

14-10-2024, 14:05

Kəmaləddin Heydərov həkimi rəis təyin etdi

Cəmiyyət

7-04-2023, 22:52

BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konfrans keçirəcək

Cəmiyyət

6-11-2024, 18:58

AMEA rəhbərliyi yayılan məlumatları inkar etdi

Siyasət

28-07-2022, 20:30

AMEA-nın fəaliyyəti ilə bağlı - Açıqlama

Cəmiyyət

9-11-2023, 15:21

Azərbaycan diasporu Kişinyovda keçirilən Zəfər Günü tədbirində iştirak edib - FOTOLAR

Cəmiyyət

16-12-2024, 13:10

Bu gün FHN işçilərinin peşə bayramı günüdür

Hadisə / Bölgə

23-08-2022, 11:01

Şəkidəki yanğınla bağlı son durum açıqlandı

Ölkə

16-07-2023, 20:53

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

Cəmiyyət

14-11-2024, 14:46

AMEA prezidenti akademik İsa Həbibbəyli COP29-da “İqlim elmi: 2024-cü il üçün əsas nəticələr” beynəlxalq elmi konfransında çıxış edib FOTOLAR

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
Dünən, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
Dünən, 13:00
Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
Dünən, 12:00
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
Dünən, 10:00
Türkiyədə avtobus yanıb kül oldu - 8 ölü, 33 yaralı
30-05-2026, 14:38
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
29-05-2026, 13:00
Türkiyədə avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb
Xəbər lenti
  • Dünən, 17:00
    NATO rəsmisinin Kanada ilə bağlı hərbi xərclərə dair çıxışı gündəm olub
  • Dünən, 16:00
    İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 15:00
    Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
  • Dünən, 14:30
    Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqlayıb
  • Dünən, 14:00
    Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
  • Dünən, 13:00
    Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
  • Dünən, 12:30
    NATO Hörmüzdəki əməliyyata qoşula bilər
  • Dünən, 12:00
    Goranboyda iki maşın toqquşdu - Yaralılar var
  • Dünən, 11:00
    İranla danışıqlar yavaş gedir - Tramp
  • Dünən, 10:30
    Kolumbiyada prezident seçkiləri
  • Dünən, 10:00
    Türkiyədə avtobus yanıb kül oldu - 8 ölü, 33 yaralı
  • 30-05-2026, 16:05
    Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
  • 30-05-2026, 15:58
    “Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”
  • 30-05-2026, 15:36
    Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
  • 30-05-2026, 15:27
    AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? - TƏFƏRRÜAT
  • 30-05-2026, 15:09
    Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb
  • 30-05-2026, 15:00
    Məşhur tikinti maqnatı Şamil Xubyarovun binasında ciddi narazılıq-Video
  • 30-05-2026, 14:38
    Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
  • 30-05-2026, 14:30
    №1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın - FOTOLAR
  • 30-05-2026, 12:55
    May ayının son gününə olan hava proqnozu açıqlanıb
  • 30-05-2026, 12:36
    İşçilər yolu bağladı: “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermir-VİDEO
  • 30-05-2026, 12:20
    Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
  • 30-05-2026, 12:10
    Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
  • 30-05-2026, 11:51
    İsmayıllıda güclü külək fəsadlara yol açıb
  • 30-05-2026, 11:44
    Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."
  • 30-05-2026, 11:07
    Azərbaycan neftinin qiyməti 98 dollara düşüb
  • 30-05-2026, 10:58
    “Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?
  • 30-05-2026, 10:19
    UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
  • 29-05-2026, 18:30
    Yağıntılı hava mayın sonunadək davam edəcək, temperatur 6 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ
  • 29-05-2026, 18:00
    Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
  • 29-05-2026, 17:38
    San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
  • 29-05-2026, 17:23
    “Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakininin Azərqranata MMC ilə bağlı şikayəti
  • 29-05-2026, 16:48
    Baş nazirin QARA KASSASI... narazılıq yaradır... - Yağış suları da bir yandan...
  • 29-05-2026, 15:14
    İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
  • 29-05-2026, 15:09
    Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... - BU NƏDİ BELƏ?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə