Sizin reklam burada 728×90
Son dəqiqə

Evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanılıb

06.02.2024 01:36 245 1 dəq oxunur
Evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.


Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 8 ədəd müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkar olunub, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
05 fevral 2024-cü il
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az