Sizin reklam burada 728×90
Son dəqiqə

Zaqatalada narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs edilib

20.09.2022 20:03 745 1 dəq oxunur
Zaqatalada narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs edilib
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məlumata görə, rayon sakini Ağabala Raziyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə şəhər ərazisində hərəkətdə olarkən nəzarət-yoxlama qaydasında saxlanılıb. Onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunub və müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib.

A.Raziyev barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, inzibati həbs edilib.


bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az