Sizin reklam burada 728×90
Son dəqiqə

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov:

27.10.2022 22:45 353 1 dəq oxunur
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional  qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov:
Daşkəsəndə qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istəyən şəxslər saxlanılıb.
Daşkəsən rayon Polis Şöbəsinə rayonun Aran Zəylik kəndi ərazisində yerləşən 7-9-cu əsrlərdə inşa olunan Alban Məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxrəsalınmaz tədbirlər həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəlmiş, müxtəlif elektrik avadanlıqları və alətlərin köməyi ilə məbədin ərazisində qızıl axtarışlarına başlamışlar.
Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

bakunews.az







Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az