Sizin reklam burada 728×90
Son dəqiqə

Tərtərdə mina partlayışı nəticəsində həlak olanların nəşi tibbi ekspertizadan ailələrinə təhvil veriləcək

28.04.2023 23:51 682 1 dəq oxunur
Tərtərdə mina partlayışı nəticəsində həlak olanların nəşi tibbi ekspertizadan ailələrinə təhvil veriləcək
"Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində həlak olanların nəşi məhkəmə-tibbi ekspertizasının baxışından sonra aidiyyəti üzrə ailələrinə təhvil veriləcək".

Bu sözləri bakunews.az-ya reporta istinadən Tərtər Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Vüsal Əliyev deyib.

"Bu gün xəstəxanamıza mina partlayışı nəticəsində həlak olan üç nəfərin meyiti gətirilib. Hadisə nəticəsində yaralanan olmayıb. Onların nəşi xəstəxananın morquna yerləşdirilib. Məhkəmə-tibb ekspertizasının müayinəsindən sonra ailələrinə təhvil veriləcək", - V.Əliyev qeyd edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az