Sizin reklam burada 728×90
Son dəqiqə

Millimiz ilin ilk oyununa çıxır

27.03.2026 11:52 140 1 dəq oxunur
Millimiz ilin ilk oyununa çıxır
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

“Bntv.az” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series – 2026

27 mart 19:00.

Azərbaycan – Sent Lüsiya

Baş hakim: Giorgi Kruaşvili
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az