Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın 21 yaşlı müdafiəçisi Toral Bayramovla maraqlanır.
bakunews.az trend-ə istinadən xəbər verir ki, İstanbul klubunun nümayəndələri gənc futbolçunun bir neçə oyununu izləyib. Futbolçunun transferi ilə bağlı yaxın zamanlarda danışıqların başlanması gözlənilir.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Toral Bayramov 2019-cu ildən "Qarabağ"ın heyətində çıxış edir. Bütün turnirlərdə "Qarabağ"ın tərkibində 72 oyun keçirmiş T.Bayramov 4 qola imza atıb.
Onun 2024-cü ilədək "Qarabağ"la müqaviləsini olduğu deyilir.
bakunews.az