“Neftçi” İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsinin çempionu olub.
Bakunews.az-in report-a istinadən məlumatına görə, Azərbaycan klubu finalda İspaniya millisini məğlub edib.
Gərgin duelin yekununda rəqibini 13:12 hesabı ilə üstələyən “Neftçi” Melilya mərhələsinin qalibi olub. “Ağ-qaralar”ın üzvü Bryana Freyzer yarışın ən dəyərli oyuncusu (MVP) mükafatına layiq görülüb.
Qeyd edək ki, Dünya Qadın Seriyasında Azərbaycanın 3x3 qadın millisi və “Neftçi” klubu növbəti oyunlarını avqustun 22-də Bakıda keçirəcəklər.
22:28
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.
Bakunews.az report-a istinadən xəbər verir ki, "ağ-qaralar" reytinqə görə Melilya mərhələsinin bir nömrəli komandası olan Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17:13 hesabı ilə məğlub edərək finala yüksəlib.
Azərbaycan təmsilçisi həlledici görüşdə Niderland - İspaniya cütünün qalibi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.
20:58
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin 1/4 final oyunu baş tutub.
Bakunews.az report-a istinadən xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.
Matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Bakunews.az