Sizin reklam burada 728×90
Son dəqiqə

Səbinə Əliyeva beynəlxalq Qran-Pridə iştirak edəcək

29.08.2023 19:29 555 1 dəq oxunur
Səbinə Əliyeva beynəlxalq Qran-Pridə iştirak edəcək
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva avqustun 30-da Avstriyanın Linz şəhərində keçiriləcək ISU yeniyetmələr üzrə Qran-Pri yarışında iştirak edəcək.
BakuNews.az xəbər verir ki, idmançı və məşqçi Vitali Novikov bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan sözügedən ölkəyə yola düşüblər.

Sentyabrın 2-dək davam edəcək yarışda idmançımız 80-ə yaxın ölkənin fiqurlu konkisürəni arasında yüksək nəticə uğrunda mübarizə aparacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az