Sizin reklam burada 728×90
Son dəqiqə

Avropada qazın qiyməti 2400 dollardan aşağı enib

17.08.2022 13:54 575 1 dəq oxunur
Avropada qazın qiyməti 2400 dollardan aşağı enib
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 400 ABŞ dollarından aşağı enib.

bakunews.az apa-economics-ə istinadən xəbər verir ki, 16 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 345 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1% çoxdur.

Qeyd edək ki, dünən gün ərzində hərraclar zamanı Avropada qazın qiyməti 2 600 dolları keçib.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az