Sizin reklam burada 728×90
Son dəqiqə

"Əsas məsələ qiymətlə bağlıdır"

22.08.2022 19:21 872 1 dəq oxunur
"Əsas məsələ qiymətlə bağlıdır"
Bolqarıstan qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edəcək.

bakunews.az trend-ə istinadən bildirir ki, bunu ölkənin energetika naziri Rosen Xristov deyib.

Onun sözlərinə görə, Bolqarıstan bütün qış dövrü üçün kifayət edə biləcək həcmləri almaqda davam edəcək.

"Əsas məsələ qiymətlə bağlıdır. Səylərimiz rəqabətli qiymətlərlə boru kəməri qazının sistemli tədarükünü təmin edə biləcək ortamüddətli müqavilələrin imzalanmasına yönələcək. Hazırda bizi narahat edən tədarük həcmləri yox, qiymətlərin daimi artım tendesiyasıdır", - deyə nazir bildirib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az