Sizin reklam burada 728×90
Son dəqiqə

Bolqarıstandan Azərbaycana çağırış

09.08.2022 14:32 561 1 dəq oxunur
Bolqarıstandan Azərbaycana çağırış
Azərbaycan qazının nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsi həyati əhəmiyyət kəsb etdiyi üçün mümkün qədər tez başa çatdırılmalıdır.

bakunews.az-nun Bolqarıstan KİV-nə istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın yeni regional inkişaf naziri İvan Şişkov deyib.

"Bütün Bolqarıstan dövləti layihənin reallaşdırılmasını təmin etmək üçün IGB-nin podratçısını dəstəkləyir", - İ.Şişkov bildirib.

Nazir qeyd edib ki, layihə çərçivəsində bəzi məsələlər hələ də həllini tapmayıb.

Xatırladaq ki, IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az